Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günüdür...

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.

2010-cu ildəki Şahmat Olimpiadasına yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırıb), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən "Reccio Emilia" turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xantı-Mansi şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar.

Vüqar Həşimov beyində bədxassəli şiş (xərçəng) diaqnozu ilə müalicə aldığı Almaniyanın Haydelberq şəhərindəki klinikada 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.

O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrosmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. Turnir hər il eyni məkanda keçirilir.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Ölümündən sonra - 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən abidə ucaldılıb.

Prezident İlham Əliyev də mərhum qrosmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.(Oxu.az)

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay