Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pirallahının icra başçısı adanı "işğal" edib - Vasif İmanov və onun sevimli oğlunun milyonluq sərvəti yayıldı 

2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib...

Tribunainfo.az xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermirlər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

Tribunainfo.az xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığı bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.

Poliqon.info


Etiket: Vasif İmanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar