Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Rusiyanın Azərbaycana verəcəyi heç bir mesaj yoxdur...

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin qəribə, bir qədər də ikibaşlı açıqlama verib...

Politoloq: “Ancaq əsas sual bundan ibarətdir ki, guya “Zəngəzur dəhlizi”, nəqliyyat-kommunikasiya sistemi Rusiyanın gündəliyində deyil. Bu doğru deyil”.

“Doğrudur, İran kimi Rusiya da guya bölgənin həssas olduğunu və xarici qüvvələrin burada dağıdıcı rol oynamasının qarşısını almaqla təhlükəsizliyi təmin etmək üçün etdiklərini bildirirlər. Ancaq bu riyakarlıqdır. Bu belə deyil”.

Bu sözləri politoloq Natiq Miri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Zəngəzur dəhlizi” ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftəsonu “Sputnik Ermənistan”a Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin qəribə, bir qədər də ikibaşlı açıqlama verib. Diplomat öncə ermənicə “Sünik” adlandırdığı Qərbi Zəngəzurda (Qafanda) Rusiya konsulluğunun yaxınlarda açılmasının mümkünlüyündən söz açıb. Qafanda tərəflərin bu məsələdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini və konsulluğun nota mübadiləsi aparılmadan sadələşdirilmiş sxem üzrə açılacağını söyləyib. Onun sözlərinə görə, “Sünik” bölgəsi Ermənistan və Avrasiya İttifaqının İranla ticarəti üçün “qapı”dır. Davamında isə diplomat bildirib ki, “iddiaların əksinə olaraq, Zəngəzur dəhlizi” Rusiyanın gündəmində deyil.

Rusiyaya Zəngəzur dəhlizi gerçəkdənmi gərək deyil? Bu açıqlamanı necə dəyərləndirmək olar və səfir Bakıya nəyin mesajını verir?

Rusiyanın “Zəngəzur dəhlizi” mövqeyini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu bölgə, bu coğrafiya və “Zəngəzur dəhlizi” Rusiyanın marağındadır və gündəmindədir”.

Rusiyanın Azərbaycana verəcəyi bir mesajın olmadığını düşünən politoloq bildirib ki, bu məsələdə Azərbaycan Rusiyanın əleyhinə deyil:

““Zəngəzur dəhlizi” ilə bağlı Rusiyanın Bakıya verəcəyi hansısa bir mesaj yoxdur. Çünki Azərbaycan 10 Noyabr sənədi kontekstində “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə deyil. Yəni nəzarət mexanizmlərini Rusiya sərhədçilərinin həyata keçirməsinə Azərbaycan heç vaxt narazı olmayıb. Eyni zamanda, 10 Noyabr sənədi kontekstində Azərbaycan maneəsiz keçidin tərəfdarı olub və bu günün özündə də bunu tələb edir.

Başqa tərəfdən digər alternativlər də var. Məsələn Kalininqraq modeli kimi, yaxud da bilavasitə keçiddə təhlükəsizliyi təmin edəcək Azərbaycanın razılığı olduğu xarici qüvvələrin yerləşməsi kimi təkliflər də var. Buna görə də, Rusiyanın Azərbaycana verəcəyi heç bir mesaj yoxdur. Çünki bu məsələdə Azərbaycan Rusiyanın əleyhinə deyil.

Natiq Miri: “Onlar öz geosiyasi maraqlarını təmin etmək, məhz bu yeni nəqliyyat-kommunikasiya sistemlərinə nəzarəti təmin etmək üçün buradadırlar”.

Ancaq əsas sual bundan ibarətdir ki, guya “Zəngəzur dəhlizi”, nəqliyyat-kommunikasiya sistemi Rusiyanın gündəliyində deyil. Bu doğru deyil. Əks təqdirdə, Rusiyanın Zəngəzurda, Qafanda baş konsulluq açmağınızın səbəbi nədən ibarətdir? Doğrudur, İran kimi Rusiya da guya bölgənin həssas olduğunu və xarici qüvvələrin burada dağıdıcı rol oynamasının qarşısını almaqla təhlükəsizliyi təmin etmək üçün etdiklərini bildirirlər. Ancaq bu riyakarlıqdır. Bu belə deyil.

Onlar öz geosiyasi maraqlarını təmin etmək, məhz bu yeni nəqliyyat-kommunikasiya sistemlərinə nəzarəti təmin etmək üçün buradadırlar. Ona görə də, konsulluğu açmaq istəyirlər. Həmçinin burada gedən bütün prosesləri əldən vermək istəmirlər. Çünki bölgədə bir də Qərb, xüsusilə də Avropa Birliyinin “müşahidə missiyası” yerləşib ki, onların da bu bölgədə altı ayrı-ayrı məntəqələri mövcuddur. Rusiya hər gün onları casusluqda ittiham edir.

Demək ki, bu bölgə, coğrafiya, “Zəngəzur dəhlizi” Rusiyanın marağındadır və gündəmindədir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar