Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: İranın Ermənistan üçün silah cığırı açması şübhəli görünür...

İddiaya görə, İran İslam Respublikası və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıb...

Siyasi-şərhçi: “İranın Ermənistana silah satması Cənubi Qafqazda sülh prosesini ağır şəkildə təhdid edə bilər və regionda yeni müharibə qacınılmaz ola bilər”.

Ermənistan Qərblə çox sıx əməkdaşlıq edir, Qərb də İranın silah istehsalına qarşı sanksiyalar tətbiq edir. Buna görə də, bu ticarəti ancaq nəğd şəkildə həyata keçirmək mümkündür”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov İranla Ermənistanın böyük silah müqaviləsi imzalaması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün yayılan məlumata görə, İran İslam Respublikası və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən Tehran İrəvana kamikadze pilotsuz təyyarələr, “Xordad”, “Məcid” və “Arman” raketdən müdafiə sistemləri verəcək. Saziş həmçinin kəşfiyyat sahəsində əməkdaşlıq, sıx hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların tikintisini əhatə edir.

Qafqazda sülh olmasını söyləyən İranın bu addımını necə dəyərləndirmək olar?

İran-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Maraqlıdır, Qərb Ermənistanın bu addımına da göz yumacaq?”.

İranın həm öz ehtiyacını ödəmək, həm öz proksilərinə silah vermək, həm də Rusiyaya satmaq, eyni zamanda Ermənistana da silah tədarük etməsinin şübhəli göründüyünü vurğulayan ekspert Poliqon-a bildirib ki, bütün halalrda belə bir gizli müqavilənin imzalanmasını istisna etmək olmaz:

İran-Ermənistan münasibətləri çox sıxdır. İran görür ki, Ermənistanda silaha ehtiyac var. Ermənistan da bu silahı alır. Ermənistanla Hindistan arasındakı silah ticarətində fərqli rəqəmlər deyilir. Amma sonucu rəqəm 600 milyon dollar göstərilir.

Digər tərəfdən, Ermənistan başqa ölkələrdən də silah alır. Məsələn Ermənistan Fransadan silah alır. Belə olan şəraitdə, məntiqli görünür ki, İran da öz silahlarını Ermənistana satmağa təklif etsin. İranın Ermənistan üçün önəmini nəzərə alaraq düşünmürəm ki, Ermənistan bu təklifdən boyun qaçıra bilər. Amma burada digər məsələlər var. Misal üçün ticarətin ödənişi necə həyata keçiriləcək? Ermənistan Qərblə çox sıx əməkdaşlıq edir, Qərb də İranın silah istehsalına qarşı sanksiyalar tətbiq edir. Buna görə də, bu ticarəti ancaq nəğd şəkildə həyata keçirmək mümkündür. Eyni vəziyyət Rusiya-İran silah ticarətində baş verir. Moskva və Tehran daha çox barter üsuluna üstünlük verirlər. Bir çox hallarda isə təyyarələrlə Rusiyadan İrana nəğd pul göndərilir.

Fərhad Məmmədov: “İran silahının davamlı olaraq istehlakı baş verir. Bu vəziyyətdə İranın silah sənayesi Ermənistanın da ehtiyacını ödəyə biləcəkmi?”.

Bəs, Ermənistan gələcəkdə bu silahları necə gizlədəcək? Həmin silahlar görünən silahlardır. Yəni, Qərb Ermənistanın bu addımına da göz yumacaq? Digər tərəfdən, İran özü silah istehsalında problemlərlə üzləşir. İran nə qədər çox silah istehsal etsə də, Şimali Koreya kimi onu ancaq anbara yığıb özünün istifadəsi üçün saxlaya bilmir. Şimali Koreyadan fərqli olaraq, İranın proksiləri bütün Yaxın Şərqdədir. Yəni şiə polisi İraqda, Hizbullah Livanda, HƏMAS-a Fələstindədir. Onlardan başqa Yəmən husilərinə də Tehran böyük miqdarda silah ötürür. Suriyada da hələ müharibə bitməyib və bu ölkədə də İrandan gələn silaha ehtiyac böyükdür.

Bütün digər proksilər də fəal müharibə aparırlar. Yəni İran silahının davamlı olaraq istehlakı baş verir. Bu vəziyyətdə İranın silah sənayesi Ermənistanın da ehtiyacını ödəyə biləcəkmi? Çünki İranın silah istehsalı anbara işləmir. İran döyüşlər üçün kütləvi şəkildə silah istehsal edir. Həm öz ehtiyacını ödəmək, həm öz proksilərinə silah vermək, həm Rusiyaya satmaq, eyni zamanda Ermənistan üçün də bir cığır açmaq şübhəli görünür. Amma yenə də heç nəyi istisna etmək olmaz.

Onu da qeyd edim ki, İranın Ermənistana silah satması Cənubi Qafqazda sülh prosesini ağır şəkildə təhdid edə bilər və regionda yeni müharibə qacınılmaz ola bilər”.

Qeyd edək ki, yazı hazırlanırkən Ermənistan Müdafiə Nazirliyi İrandan silah almaq üçün gizli müqavilə bağlanması xəbərini təkzib edib. Amma bu təkzibin nə qədər həqiqət olduğunu da söyləmək mümkün deyil.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar