Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və İran yarım milyard dollarlıq gizli silah müqaviləsi bağlayıb

İslam Respublikası və Ermənistan 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalayıb...

Poliqon xəbər verir ki, Yaxın Şərqdə yüksək səviyyəli hərbi məmur olan məlumatlı mənbə “İran İnternational” portalına bildirib. Bu müqaviləyə əsasən Tehran İrəvana kamikadze pilotsuz təyyarələr verəcək.

Portal yazır ki, Tehran və İrəvan arasında son bir neçə ayda hər iki tərəfin imzaladığı silah tədarükü müqaviləsi bir neçə müqavilədən ibarətdir.

İran İnternational” son razılaşma əsasında İrandan Ermənistana hansı hərbi texnikanın ixrac ediləcəyini göstərən eksklüziv siyahı əldə edib. Bunlara Shahed 136, Shahed 129, Shahed 197 və Mohajer kamikadze dronları aiddir.

Həmçinin, bu müqavilə əsasında İran Ermənistana “Xordad”, “Məcid” və “Arman” raketdən müdafiə sistemləri verəcək.

Nəşr qeyd edir ki, Ermənistanın İslam Respublikasına 500 milyon dolları necə ödəyə biləcəyi hələlik bəlli deyil, lakin bəzi analitiklər hesab edirlər ki, İrəvan bu vəzaiti kredi yoıu ilə Tehrana ödəyə bilər.

Nəşr qeyd edir ki, Ermənistanla müqavilə təkcə dronların və hava hücumundan müdafiə sistemlərinin göndərilməsi ilə məhdudlaşmır. Bu müqavilə həm də kəşfiyyat sahəsində əməkdaşlıq, sıx hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların tikintisini əhatə edir.

Mənbə həmçinin bildirib ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, o cümlədən silah sövdələşmələri son aylarda yüksək səviyyəli rəsmilərin və texniki qrupların İrana səfərləri zamanı müzakirə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar