Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

"Hüquqlarını müdafiə etdiyim Xalq artisti Ağadadaş Ağayev videodan göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir"...

Axar.az xəbər verir ki, bu sözləri A.Ağayevin vəkili Asim Abbasov qeyd edib.

O bildirib ki, hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb:

"Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan "MedEra" hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirib, həmin gecəni ağrıdan səhərə qədər yatmayıb, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq "MedEra" hospitalının mühafizəçisindən kömək istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşib.

Mühafizəçi N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında xuliqanlıq maddəsi ilə məhkum edilib.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış videogörüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq".

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar