Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden seçkidən çəkilmsəinin səbəbini açıqlayıb

Co Bayden yenidən seçilməkdən imtina etməsini estafeti gənc nəslə ötürməklə izah edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Co Bayden noyabr seçkilərində namizədliyini geri götürdükdən sonra ilk dəfə xalqa müraciət edib. O, prezidentlik yarışından geri çəkilmək qərarını estafeti gənc nəslə ötürmək və demokratiya prinsiplərini qorumaq zərurəti ilə izah edib. Baydenə görə buna görə hətta öz ambisiyalarını qurban verməyə dəyər.

“İnanıram ki, prezident kimi nailiyyətlərim, dünyada liderliyim, Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiq idi. Amma heç nə, heç nə demokratiyamızın xilasına mane ola bilməz, o cümlədən şəxsi ambisiyalar. Ona görə də qərara gəldim ki, irəli getməyin ən yaxşı yolu estafeti yeni nəslə ötürməkdir. Bu, millətimizi birləşdirməyin ən yaxşı yoludur”, deyə Bayden televiziya ilə xalqa müraciətində bildirib.

Qarşıdan gələn seçkilərdən danışan prezident deyib ki, o, seçimini edib və mövqeyini ifadə edib.

“Mən gözəl vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istəyirəm. O, təcrübəlidir. O sərtdir. O, bacarıqlıdır. O, ölkəmiz üçün inanılmaz tərəfdaş və lider olub. İndi seçim sənindir”, deyə Amerika prezidenti süciyə xitab edib. Bayden amerikalıları “irəli getməklıə geriyə getmək arasında” seçim edərək birləşməyə çağırıb.

Xatırladaq ki, 81 yaşlı Co Bayden iyulun 21-də keçiriləcək prezident seçkilərindən imtina etdiyini açıqlayıb. Qərar Demokrat Partiyası və onun donorlarının Baydenin Respublikaçı namizəd Donald Trampı məğlub etmək qabiliyyətinə şübhə ilə yanaşan çoxsaylı çağırışlarından sonra verilib.

Prezidentin seçkilərdə iştirakdan mümkün imtinası barədə məlumatlar iki namizəd arasında gedən debatdan sonra ortaya çıxıb.

Co Bayden Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün 59 yaşlı Kamala Harrisin namizədliyini irəli sürməyi təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar