Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Trampla telefon əlaqəsi saxlayır? - Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş lideri Donald Trampla əlaqə saxlamır...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Donald Trampın amerikalı jurnalist Evan Qerşkoviçin azadlığa buraxılmasına nail ola biləcəyi barədə sözlərini şərh edərkən deyib.

"Təbii ki, Putinin Donald Trampla heç bir əlaqəsi yoxdur", deyə Peskov qeyd edib.

Eyni zamanda, o bildirib ki, məhkumlar mövzusunda qarşılıqlı əlaqə davam edilməlidir, çünki onların effektiv ola biləcəyi yeganə yol budur.

Bu şərh keçmiş ABŞ prezidentinin Putinin ABŞ-da prezident seçkilərindən qısa müddət sonra Qerşkoviçi şəxsən onun üçün azad edəcəyini bildirməsindən sonra gəlib.

"Rusiyanın əlində olan "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç azadlığa buraxılacaq. Rusiya prezidenti Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil", deyən keçmiş prezidentin sözlərinə görə, bu, ABŞ-da noyabrda keçiriləcək seçkilərdən qısa müddət sonra baş verə bilər.

"Reuters" qeyd edib kji, Tramp Putinlə heç bir əlaqəni qeyd etməyib və Rusiya liderinin jurnalisti azad edəcəyinə inanmaq üçün hansı səbəblərə malik olduğunu açıqlamayıb.

Rusiya təhlükəsizlik qüvvələri Qerşkoviçi 2023-cü il martın 30-da Yekaterinburqda saxlayıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ("Casusluq") ittiham olunub və 20 ilə qədər həbs cəzası ala bilər. FTX-nın versiyasına görə, müxbir Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumat toplayırmış.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar