Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GSM “Gənc Liderlər İnkişafda” proqramına yekun vuruldu

GSM “Gənc Liderlər İnkişafda” proqramına yekun vurulduGSM “Gənc Liderlər İnkişafda” proqramına yekun vuruldu...

GSM (Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi) həyata keçirdiyi “Gənc Liderlər İnkişafda” proqramı çərçivəsində müxtəlif rəqəmsal resurslardan istifadə edərək Bakı, Lənkəran, Gəncə və Yevlax şəhərlərində yaşayan bir sıra gəncləri onlayn karyera planlaşdırması və inkişafı proqramına cəlb etmişdir.

On iki ay davam edən proqramın əsas məqsədi gəncləri iş dünyası ilə tanış etmək, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları, müsahibə mərhələsinə hazırlıq, gələcək peşə və bacarıqlara dair aydın təsəvvür formalaşdırılmasına imkan yaratmaqdır. Ümumilikdə yuxarıda adları qeyd edilən şəhər və rayonlardan 14-24 yaş arasında olan 321 nəfər gənc beş moduldan ibarət olan təlim proqramına cəlb edilmişdir.

Təlimdən faydalanan gənclər öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmaq, peşəsi ilə bağlı ehtiyaclarını müəyyən etmək, şəxsi inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun karyera qurmaq, praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək üçün bilik və bacarıqlar əldə etmişdir.

Bununla yanaşı, təlim çərçivəsində gənclərə əsas karyera məqsədlərini müəyyən etmək, karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnərək özünə karyera planı qurmaq, təhsilini başa vurduqdan sonra iş axtarmaq, işə qəbul üsulu və mərhələlərinə bələd olmaq, CV yazılma qaydasını öyrənmək, müsahibə şərtləri ilə tanış olaraq peşəsi üzrə mövcud addımları atmaqda metodiki kömək göstərilmişdir.

Nəticə olaraq, Karyera Planlaşdırması təlimi karantin qaydalarının sərt olduğu dönəmlərdə gəncləri bir araya gətirərək distant təhsilin əhəmiyyətini göstərməyə və distant təhsilə cəlb olunmağa da kömək etmişdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ən çox oxunanalar