Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov TDT-nin baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb...

Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

XİN-dən Poliqon-a bildirilib ki, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.

Azərbaycanın TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.

Bu il Təşkilatın Azərbaycan daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.

Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.

***

"Report" xəbər verir ki, bu barədə TDT-nin baş katibi "X"da yazıb.

"Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik",-o qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay