Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus İstintaq Komitəsi 20 nəfəri sui-qəsddə ittiham edir

Belarusun İstintaq Komitəsi hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə iştirakda ittiham olunan 20 nəfərə qarşı qiyabi prosesə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

İstintaq Komitəsi qeyd edib ki, müstəntiqlər keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın 20 analitikinə qarşı işi araşdırır. İstintaqın məlumatına görə, şübhəlilər respublikada hakimiyyətin konstitusiyaya zidd yollarla ələ keçirilməsi üçün sui-qəsdə cəlb olunub və cinayət fəaliyyətinin effektivliyini təmin etmək üçün yaradılmış ekstremist birləşmələrə qoşulublar.

İstintaq Komitəsi təqsirləndirilən şəxslərin xaricdə olduğunu qeyd edib.

Bundan əvvəl Belarus məhkəməsi Polşanın "Belsat" telekanalı ilə əməkdaşlıq edən jurnalist Pavel Mojeyko və keçmiş vəkil Yuliya Yurqileviçi 6 il müddətinə azadlıqdan məhrum edib. Qeyd olunur ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən dəfələrlə törədilmiş ekstremist fəaliyyətə şərait yaratmaqda təqsirli biliniblər.

Ötən gün isə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb dövlətləri ölkəyə qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayır. Onun sözlərinə görə, bu qərarlar "xüsusi vəziyyət" səbəbindən zəruridir:

"Cənubda müharibə var (Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə-red.). Qərbdə - Polşa, Litva, Baltikyanı ölkələr də vəziyyət daha da pisdir. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Avropanı mat qoyan Ənvər Paşanı Bakıda niyə qətlə yetirmək istədilər?

Bayden koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Ən çox oxunanalar