Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP-dən istefa verən Bernard Luni 32,4 milyon funt-sterlinqdən məhrum olub

Böyük Britaniyanın neft-qaz şirkəti BP-nin keçmiş rəhbəri Bernard Luni direktorlar şurasına yalan danışdığına görə istefa verdikdən sonra 32,4 milyon funt-sterlinq (indiki məzənnə ilə təxminən 40,6 milyon dollar) məbləğində ödənişlərini itirəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Şirkətdən bildirilib ki, Bernard Luni idarə heyətini qəsdən çaşdırıb. Nəşr qeyd edib ki, onun hərəkətsizliyi ciddi qanun pozuntusu hesab edilib.

Buna görə də, Bernard Luni 2023-cü maliyyə ili üçün maaş, pensiya və ya bonus almayacaq. Bundan əlavə, 32,4 milyon funt-sterlinq məbləğində potensial mükafatın bir hissəsi keçmiş direktorun istefasından dərhal sonra avtomatik olaraq ləğv edilib.

O da məlum olub ki, BP artıq 2022-ci ildə Bernard Luniyə ödənilmiş bonusun nağd hissəsinin 50%-ni, habelə ona ümumilikdə təqribən 1 milyon funt-sterlinq (1,3 milyon dollar) köçürülmüş səhmlərin bir hissəsini geri götürəcək.

Bernard Luni 2020-ci ildən BP-yə rəhbərlik edib. Lakin həmkarları ilə şəxsi münasibətlərini gizlətdiyi üçün 2023-cü ilin sentyabrında istefa verib.

BP-yə rəhbərlik etdiyi müddətdə Bernard Luni aşağı karbonlu enerjiyə daha sürətli keçidi fəal şəkildə dəstəkləyib. Bu, neft hasilatının azaldılması və elektromobillər sahəsində texnologiyaların inkişafı planlarında özünü göstərdi. "Bloomberg" qeyd edir ki, BP-nin səhmləri də Bernard Luninin CEO vəzifəsinə təyin edilməsindən sonra rəqabət aparan şirkətlərlə müqayisədə daha az cəlbedici olub və bu da qismən Avropadakı enerji böhranı ilə bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar