Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anti-Ukrayna partiyası Rumıniyada seçkilər ərəfəsində populyarlıq qazanır

İfrat sağçı “Rumınların Birliyi” Alyansı (AUR) Rumıniyada populyarlıq qazanır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazır. Nəşrin məlumatına görə, siyasi qüvvə anti-Ukrayna təbliğatını dəstəkləməklə faktiki olaraq ölkədə əsas müxalifət hərəkatına çevrilib.

“Rumın dilində “qızıl” mənasını verən AUR, dezinformasiyanı təbliğ etməklə artan anti-Ukrayna əhval-ruhiyyəsindən istifadə edir və 2019-cu il seçkilərindən sonra seçicilər arasında dəstəyini 20%-ə çatdırmaq üçün yalan təbliğat yayır”, deyə Ruminiyanın hakim Sosial Demokrat Partiyasının bəyanatında bildirilir.

FT yazır ki, AUR Kiyevə davamlı dəstəyin əleyhinədir və rumınların Ukraynadakı münaqişə ilə heç bir əlaqəsi olmadığını vurğulayır. Bundan əlavə, partiya Rumıniyanın maraqlarını nəzərə almaqla ABŞAvropa İttifaqı ilə münasibətlərə yenidən baxılmasının tərəfdarıdır.

FT-nin sorğularına əsasən, Rumıniyada siyasi qüvvələrin reytinqində hakim Sosial Demokratlar hələ də 30,1% dəstəklə birinci, Rumınların Birləşməsi Alyansı isə 20,2% səslə ikinci yerdədir. İlk üçlüyü 19,7% səslə hökumətin ortağı olan Milli Liberal Partiyası qapayır. Dördüncü yerdə müxalif “Rumıniyanın Xilası İttifaqı” 11%-lə qərarlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Ən çox oxunanalar