Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyanın sərgilədiyi “sülhməramlı” mövqe və Avropa İttifaqının vasitəçiliyi...

Ermənistanın Baş nazirinin davranışlarından belə çıxmırmı ki, o, Avropadakı tərəfdaşlarından daha çox sülhə can atır?..

Politoloq: “Ermənistan Baş naziri Paşinyanın sülh çağırışlarını kökündə onsuz da, mənasız olan Azərbaycan- Ermənistan münaqişəsinin davam etdirilməsində heç bir potensial olmadığı qənaətinə varmasındakı həqiqətdir”.

“Paşinyan son dövrlər sülh ritorikasını artırmaqla mesaj vermək istəyir ki, onu idarə etməyə çalışan dairələr region üzərində hansısa planlar cızırlar və Paşinyan bu oyunların Ermənistan üçün yaxşı perspektivlər vəd etmədiyini başa düşdüyü üçün Azərbaycanla sülh müqaviləsi imzalayıb, həmin dairələri əli boş qoymaq istəyir”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanın baş nazirinin son günlər sərgilədiyi “sülhməramlı” mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər “sülhməramlı” mövqe sərgiləməkdədir. Bəs Ermənistan tərəfindən eşidilən ayrı-ayrı təklif və təşəbbüslər nədən xəbər verir? Paşinyanın davranışlarından belə çıxmırmı ki, o, Avropadakı tərəfdaşlarından daha çox sülhə can atır? Ümumiyyətlə, son zamanlar Avropa İttifaqının vasitəçiliyi sülh prosesinə mane olurmu?

Avropa İttifaqının sülh prosesindəki mövqeyini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ermənistanın sülh təkliflərinin əsl səbəbi regional proyektlərdən kənarda qalmaq qorxusudur”.

Avropa İttifaqının Amerika və Rusiyanın prosesdəki rollarından kənarda qalmaq istəmədiklərini vurğulayan politoloq Poliqon-a bildirib ki, Avropa İttifaqının vasitəçilik planlarında əsas məqsəd tərəfləri sülhə gətirməkdən çox öz siyasi maraqları həyata keçirməkdir:

Ermənistan Baş naziri Paşinyanın sülh çağırışlarını kökündə onsuz da, mənasız olan Azərbaycan- Ermənistan münaqişəsinin davam etdirilməsində heç bir potensial olmadığı qənaətinə varmasındakı həqiqətdir. Bu, hesab etmək olar ki, normal təfəkkürdür. Əgər həqiqətən də belə bir düşüncə ilə hərəkət edirsə, Paşinyanın səmimiyyətinə inanmaq olar.

Ümumiyyətlə, görünən odur ki, Paşinyan son dövrlər sülh ritorikasını artırmaqla mesaj vermək istəyir ki, onu idarə etməyə çalışan dairələr region üzərində hansısa planlar cızırlar və Paşinyan bu oyunların Ermənistan üçün yaxşı perspektivlər vəd etmədiyini başa düşdüyü üçün Azərbaycanla sülh müqaviləsi imzalayıb, həmin dairələri əli boş qoymaq istəyir.

Avropa İttifaqının vasitəçilik planlarında əsas məqsəd tərəfləri sülhə gətirməkdən çox öz siyasi maraqları həyata keçirməkdir. Avropa İttifaqı Amerika və Rusiyanın prosesdəki rollarından kənarda qalmaq istəmir. Onlarla da hesablaşılmalı olduğunu göstərmək istəyirlər.

Hesab edirəm ki, Ermənistanın sülh təkliflərinin əsl səbəbi regional proyektlərdən kənarda qalmaq qorxusudur. Son olaraq Zəngəzur dəhlizi layihəsindən də kənarda qalmaq təhlükəsizdir. Azərbaycan dövləti doğru olaraq bu məsələ ilə manevrlər edir, Ermənistana yumşaq təzyiqlər edir, onu çarısiz vəziyyətə salır. Hələ bir müddət belə davam edilməsində xeyir var. Ermənistan tez-gec biz deyəni demək məcburiyyətində qalacaq. Onda sülh bağlamaq olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

“Baku TV” iyulda yutub reytinqinə görə ölkədə birinci olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay