Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gətirilən ukraynalı uşaqlar İçərişəhəri gəziblər - Foto

Xəbər verdiyimiz kimi, bu gün Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.

Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunub.

Ukraynalı uşaq və yeniyetmələr reabilitasiya üçün Azərbaycandadırlar. Yaxın iki həftə ərzində onları Bakıda əyləncəli və zəngin mədəni proqram, həmçinin, Qəbələ, ŞəkiŞamaxı kimi rayonlara ekskursiya turları gözləyir.

Ukraynalı uşaqlardan ibarət yeni qrup Bakı, Şamaxı QəbələŞəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq. Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

Müharibədən əziyyət çəkmiş 11-17 yaş arası 30 ukraynalı uşaq və yeniyetmə pedaqoqların müşayiəti ilə Azərbaycana gətirilib. Proqram çərçivəsində ukraynalı məktəblilər üçün Bakı şəhərinin qədim hissəsi olan İçərişəhərə ekskursiya təşkil olunub.

Ekskursiyada uşaqlara "Bakının ürəyi" adlandırılan İçərişəhər barədə məlumat verilib. Onlar Qız Qalası, Şirvanşahlar Sarayı kimi görməli yerlərlə tanış olublar. Bakının qədim hissəsinin tarixi-memarlıq abidələri gənc qonaqların böyük marağına səbəb olub. Onlar görməli yerləri maraqla izləyib, ekskursiya rəhbərinə suallar verib və xatirə fotoları çəkdiriblər.

Fotolar

Poliqon.info 


Etiket: Gəzinti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay