Moskvada gizlənən müxalifət lideri İlan Şor Moldova sakinlərini Avropaya inteqrasiyanın əleyhinə səs verməyə çağırıb...
Moldova vətəndaşları əhalinin ölkədən çıxışını dayandırmaq və dövlətə rifahı qaytarmaq üçün Avropaya inteqrasiyanın əleyhinə səs verməlidir.
Poliqon xəbər verir ki, bu barədə Moldova müxalifətinin “Qələbə” blokunun rəhbəri İlan Şor özünün telegram kanalında bildirib.
“Məqsədimiz vətəndaşlarımızı vətənə qaytarmaq, Moldovanı uşaqların valideynləri ilə böyüdüyü çiçəklənən ölkəyə çevirməkdir. Bunun üçün referendumda biz birlikdə AB-yə “yox” deməliyik!”, deyə Şor bildirib.
Müxalifət liderinin sözlərinə görə, 30 il ərzində moldovalıların sayı üçdə bir azalıb və bu ölkənin sakinləri Avropada əhalinin azalmasına görə birincidir.
Poliqon.info