Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Akademiyasının məzunlarının püşkatma yolu ilə vəzifələrə təyinatı olub

Avqustun 3-də Fövqəladə Hallar Nazirliyində FHN-in Akademiyasını bitirən məzunların Nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub...

Poliqon xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Nazirliyin püşkatma komissiyasının üzvləri və FHN yanında İctimai şuranın nümayəndələri də iştirak ediblər.

Əvvəlcə, nazir Kəmaləddin Heydərov zabit rütbəsinə layiq görülərək püşkatma yolu ilə vəzifələrə təyin olunan gəncləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir təyinatın ədalət və şəffaflıq prinsipləri əsasında reallaşdığını qeyd edərək, gənc zabitlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, onların Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Sonra 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında əyani təhsilini bakalavriat səviyyəsində başa vuran 100 məzun və magistratura səviyyəsində başa vuran 15 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay