Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pontifik həmişə Rusiyanın hərəkətlərini pisləyib - Vatikandakı səfir…

Roma Papası Fransisk Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı həmişə birmənalı mövqedə olub…

“Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunu bildirən Papa Rusiyanın Ukrayna ərazisində başlatdığı genişmiqyaslı müharibə ilə bağlı həmişə birmənalı mövqe nümayiş etdirib”.

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş deyib.

“Papa mütləq Ukraynanın tərəfindədir və hətta Ukrayna cəmiyyəti üçün tam başa düşülməsə də, Papa Ukraynaya məhəbbət və kömək etmək istəyinin diktə etdiyi modellər və özünüifadə yolları arayır. Bu modellərin olub-olmadığını müzakirə etmək olar. Lakin onun motivasiyasının müsbət olduğuna şübhə yoxdur”, deyə səfir bildirib.

Səfirin sözlərinə görə, Roma Papası təkcə katolik kilsəsinin rəhbəri deyil, həm də Ukraynanın əvvəllər Rusiya ilə danışıqlar üçün mümkün platforma hesab etdiyi Vatikanın dövlət başçısıdır. Buna görə də Vatikan lazım gələrsə, belə bir platforma olmaq üçün ünsiyyət imkanlarını qorumaq istəyir.

Səfir vurğulayıb ki, ötən il Roma Papası Rusiya patriarxı Kirill ilə artıq planlaşdırılan görüşü müharibə ilə əlaqədar ləğv edib. Onun fikrincə, bu, çox ciddi jest idi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar