Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev Pekində Si Tsinpinlə görüşüb və Putinin “mesaj”ını çatdırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Pekinə səfər edib...

PİA.az xəbər verir ki, bu barədə Medvedevin teleqram kanalında məlumat verilib.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin sözlərinə görə, görüşdə iki hakim partiya - Çin Kommunist Partiyası və “Vahid Rusiya” partiyası arasında qarşılıqlı əlaqələr, həmçinin bütün sahələrdə, o cümlədən iqtisadiyyat, sənaye sahələrində strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib.

Medvedev qeyd edib ki, onlar həmçinin beynəlxalq problemləri, o cümlədən, “əlbəttə ki, Ukraynadakı münaqişəni” müzakirə ediblər. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini danışıqları “çox faydalı” adlandırıb.

Keçmiş Rusiya prezidentinin teleqram kanalında yerləşdirilən videodan görünür ki, görüşdə “Vahid Rusiya” partiyasının Şurasının Baş katibi Andrey Turçak və Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev də iştirak edib.

Səfər Çin tərəfinin dəvəti ilə dekabrın 20-21-də baş tutub.

Medvedyev qeyd edib ki, o, Si Tsinpinə Rusiya prezidenti Vladimir Putinin “mesajını” çatdırıb. Mesajda “Rusiya-Çin siyasi dialoqunun və praktiki əməkdaşlığın misli görünməmiş səviyyəsi qeyd olunur və bu yaxınlarda qurultay keçirən Çin Kommunist Partiyası ilə sıx əməkdaşlıq şəraitində dövlətlərarası və partiyalararası əlaqələrin davamlı mütərəqqi inkişafına əminlik ifadə olunur”.

“Vahid Rusiya”nın bəyanatında isə bildirilir ki, tərəflər ən aktual qlobal problemlərə Moskva və Pekinin yanaşmalarının geniş şəkildə üst-üstə düşdüyünü bəyan edərək, beynəlxalq məsələlərdə birgə addım atmaq barədə tazılığa gəliblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Çinə sonuncu dəfə fevralın 4-də, Ukraynada hərbi əməliyyatların başlamasına üç həftə qalmış səfər edib. Putin və Si Tszinpin arasındakı danışıqlardan sonra tərəflər birgə bəyanat yayaraq, NATO-nun şərqə doğru genişlənməsinə qarşı olduqlarını, alyansı “soyuq müharibə” dövrünün ideoloji yanaşmalarından imtina etməyə, digər ölkələrin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına hörmət etməyə çağırıblar.

Həmin vaxt Kremlin bəyanatdan belə çıxırdı ki, Pekin Rusiyanın Avropada təhlükəsizlik zəmanətlərinin formalaşdırılması ilə bağlı irəli sürdüyü təklifləri dəstəkləyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar