Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin orduda üsyanı önləmək üçün hər bir əsgərə 3 min dollardan çox pul verir...

Rusiya prezidenti Ukraynada döyüşən ordununn mənəvi cəhətdən dağılmasına və əsgərlərin maaşlarını ala bilməmələrinə görə qəzəblənib...

Pia.az xəbər verir ki, bu məlumatı Amerikanın newsweek.com saytı Putinin orduda baş verəcək üsyanı önləmək üçün atılan addım kimi dəyərlənirib.

Qeyd edək ki, Rusiya prezidenti bu gün bir il və ya daha çox müddətə ordu ilə müqavilə bağlayan və Putinin sentyabrda elan etdiyi qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan əsgərlər 195 min rubl (3150 dollar) birdəfəlik ödəmənin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Rusiya mətbuatının bildirdiyinə görə, Kremlinin bu addımı “xüsusi hərbi əməliyyat” adlandırılan Ukrayna müharibəsində döyüşənlərə “əlavə sosial dəstək” göstərmək məqsədi daşıyır. Hərbi kursantlara və hərbi təhsil müəssisələrində olanlara isə birdəfəlik ödəniş olunmayacaq.

Oktyabr ayında Britaniya kəşfiyyatı bildirmişdi ki, bir çox ehtiyatda olan əsgərlər və könüllülər onlara maaş verilmədiklərindən, lazımi şəkildə qidalanmadıqlarından və onlara vəd edilən müavinətlərin verilməməsindən şikayətlənirlər.

Bu həftə Ulyanovsk şəhərinin cənub bölgəsində təlim mərkəzində olan 100-dən çox əsgər döyüşməkdən imtina edib və onlara vəd edilmiş 195 min rubl məbləğində pul almayana qədər döyüşməyəcəklərini bildiriblər.

Kiyevdən isə bildiriblər ki, əsgərlərə maaş verilmədiyi üçün Putin orduda üsyanla üzləşib.

Çərşənbə günü Müharibə Tədqiqat İnstitutu (ISW) bildirib ki, könüllülərə və səfərbər edilmiş insanlara ölkə üzrə orta aylıq maaş səviyyəsindən iki dəfə çox maaş vəd edilib. Analitiklərin fikrincə bu, sanksiyalara görə çox ağır dönəm daşıyan Rusiya büdcəsini daha da bərbad vəziyyətə gətirəcək.

ABŞ-ın analitik mərkəzi bildirib ki, Kreml rusları Ukraynada döyüşmək üçün maddi cəhətdən həvəsləndirməyə çalışır və düşünürlər ki, bu yolla cəbhədəki gərgin vəziyyəti öz veyirlərinə dəyişə bilərlər. Lakin Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti elədir ki, müharibənin davam etdirilməsi bu ölkədə ciddi böhranyarada və bu böhran on illkiklər boyu davam edə bilər.

Mənbə: newsweek.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay