Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran-Azərbaycan münasibətləri soyuq müharibə kontekstinə keçib” - Politoloq

İran ordusu Azərbaycan və Ermənistan sərhədinə yerləşdirildi...

Turan Rzayev: “İranın bizə qarşı mövqeyi heç də dostcasına deyil. Artıq bunu açıq şəkildə də demək olar”.

“Mövcud vəziyyətdə İranın proseslərə təsir etmək imkanları yoxdur. İran tərəfi nə qədər iddialı bəyanatlar səsləndirirsə, səsləndirdisin, nəzərə almalıdır ki, Tehran regionun geosiyasi vəziyyətinə təsir edə biləcək bir ölkə deyil”.

İranın ölkəmizdəki səfiri Abbas Musəvi rəsmi Tehranın mövqeyini bir daha acıqlayaraq “geosiyasi dəyişikliklərə” qarşı olduqlarını vurğulayıb və bunu İranın Ali dini rəhbərinin və prezidentinin mövqeyi olduğunu xüsusi qeyd edib.

Eyni zamanda “Ermənistan-İran İnkişaf Fondu”nun təsisçisi Pouya Hüseyni deyib ki, İran ordusunun quru qoşunları, zirehli briqadaları, ordunun çevik reaksiya qüvvələri və hücum helikopterləri İran, AzərbaycanErmənistanla sərhəddə yerləşdirilib. İran İslam Respublikasının aydın mövqeyi regionun tarixi və geosiyasi sərhədlərinin dəyişməsinə imkan verməməkdir.

Hüseyni əlavə edib ki, ErmənistanAzərbaycanın İranla sərhəd zonasında təkcə İran ordusunun qoşunları deyil, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hissələri də tam döyüş hazırlığındadır.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə isə daha da irəli gedərək bölgədə sərhəd dəyişikliyi arzulayanların arzusunu dəhşətə çevirəcəklərini bildirib. Maraqlıdır ki, belə gurultulu bəyanatlar verən İran rəsmiləri Azərbaycan-İran sərhədinin 30 il müddətində işğal altında olması faktını görməməzlikdən gəlir və hazırda faktiki olaraq Yeravanın əsas dəstəkçisi olaraq çıxış edir.

Tehranın bu mövqeyi hansı geosiyasi maraqlar üzərində formalaşıb və 30 il müddətində Azərbaycanın sərhədlərinin işğal altında olmasına dözən və işğalçılarla sərhəddə əməkdalıq edən İranın indi belə bir mövqe sərgiləməsi Tehranın Bakıya qarşı necə bir münasibətini ortaya qoyur? Bu münasibəti dostcasına bir mövqe olaraq dəyərləndirmək olar?

Tehran-Azərbaycan münasibətlərinin indiki mərhələsini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Bakının Təbrizə olan təsir imkanı, bu gün İranın Azərbaycana olan təsir imkanlarından qatbaqat çoxdur”.

İran mövcud daxili-siyasi vəziyyəti, iqtisadi geriliyi və Qərblə sürtüşməsi fonunda Cənubi Qafqazda nəsə etmək istədiyini nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda İranın proseslərə birbaşa müdaxilə etmək imkanı yoxdur:

“Rəsmi Tehranın bu və ya bu kimi mövqe səsləndirməsi artıq adət halını alıb. Hesab edirəm ki, burada ciddiyə alınası bir səbəb yoxdur. İran hələ də özünü fövqəladə imkanlara sahib olan bir ölkə sayır. Yaxud da İran özünü regional güc olaraq ortaya qoymağa cəhd edir. Əlbəttə, dini ideologiya üzərindən bu ölkənin bölgəyə təsir gücü var. Amma hazırkı proseslər İranın mövqeyindən və maraqlarından qat-qat artıqdır. Çünki regionda hazırda bir yox, bir neçə qüvvələrin maraqları toqquşur. Rəsmi Tehranın sərgilədiyi mövqe də heç də doğru yanaşma deyil. Bu sadəcə regionda sülhə doğru atılan addımlara mane olmaq cəhdidir.

Mövcud vəziyyətdə İranın proseslərə təsir etmək imkanları yoxdur. İran tərəfi nə qədər iddialı bəyanatlar səsləndirirsə, səsləndirdisin, nəzərə almalıdır ki, Tehran regionun geosiyasi vəziyyətinə təsir edə biləcək bir ölkə deyil. İran bundan öncəki proseslərdə də eyni mövqe sərgiləsə də, proseslərə müdaxilə edə bilməyib və bundan sonra da müdaxilə edə bilməyəcək. Ona görə də gurultulu bəyanatlar səsləndirən İran rəsmiləri yerlərində otursalar, daha yaxşı olar. Regionda baş verən proseslər İranın nəzarət edə bilməyəcəyi və peoseslərin axarını dəyişdirə bilməyəcəyi məsələdir.

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq hərəkət edir. İranı indi Azərbaycanın güclənməsi, eyni zamanda Türkiyə və Türküstan coğrafiyasını birləşdirən xəttin açılması narahat edir. Çünki “Zəngəzur dəhlizi”nin açılması 200 illik regionda formalaşan prosesləri əsaslı surətdə dəyişir. Anadolu türkləri, Qafqaz türkləri və Mərkəzi Asiya türkləri, İran türkləri də vahid məkanda olmalıdırlar və hazırda bu proses gedir. İranın isə bu prosesləri durdurmaq imkanları yoxdur. “Zəngəzur dəhlizi” də bütün Türk dünyasına birləşdirən bir dəhliz formasına gəlib çatıb. İran da bundan narahatdır. Bu dəhlizin açılması İranın nəzərində belə fikir formalaşdırıb ki, növbəti hədəf Cənubi Azərbaycandır.

Turan Rzayev: “İndiki məqamda prosesə real müdaxilə edə biləcək ölkə Rusiyadır. Görünür ki, Rusiya hazırda proseslərin bu istiqamətdə cərəyan etməsindən razıdır”.

İran sözlərlə və boş təhdidlərlə heç nə əldə edə bilməyəcək. İran sərhəddə qoşun yığır, yığsın. Biz bunu bir əvvəldə müşahidə etdik. Nəticədə İran təlimlərini yarımçıq kəsib qoşunları sərhəddən çəkdi. İndi də elə olacaq.

İndiki məqamda prosesə real müdaxilə edə biləcək ölkə Rusiyadır. Görünür ki, Rusiya hazırda proseslərin bu istiqamətdə cərəyan etməsindən razıdır. Digər tərəfdən biz Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitinə də diqqət yetirə bilərik. Samit öncəsi dövlət başçılarının qeyri-rəsmi görüşü oldu. Məşhur foto da orada çəkildi. O foto da görünürdü ki, İran prezidenti digər prezidentlərdən kənarda oturub və ümumi söbhətdə özünü tapa bilmir. Əslində o foto göstərdi ki, regionda kimin maraqları təmin olunur.

İran mövcud daxili-siyasi vəziyyəti, iqtisadi geriliyi və Qərblə sürtüşmə fonunda Cənubi Qafqazda nəsə etmək istəyir. Amma hazırda İranın proseslərə birbaşa müdaxilə etmək imkanı yoxdur. Azərbaycan şəhidlərinin dəfnində “Ya Hüseyn” dedirtməklə regiona təsir etmək olmur. Regiona təsir edən hazırda Azərbaycanın sərgilədiyi mövqedir və bu mövqe regionun əsas oyunçuları olan Rusiya və Türkiyə tərəfindən dəstəklənir. Bu gün hərbi əməliyyatlar davam edir və bu əməliyyatlar beynəlxalq hüquq çərçivəsində aparılır. Buna görə də indiki məqamda İran Azərbaycana təsir edə bilməz, nə də ümumi proseslərə müdaxilə edə bilməz.

Təbii ki, İranın bizə qarşı mövqeyi heç də dostcasına deyil. Artıq bunu açıq şəkildə də demək olar. Çünki rəsmi Tehran Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən etibarən rəsmi Bakıya təzyiq etmək, rəsmi Bakını sıxışdırmağa çalışıb. Müstəqilliyin ilk illərində İranın buna nail olduğunu deyə bilərik. Hətta XəzərAzərbaycan gəmisinə hücumun olması, yaxud da İran təyyarələrinin Azərbaycanın hava məkanını pozması kimi hallarla biz üzləşmişik. Amma İran hər zaman Türkiyə faktoruna görə Azərbaycana istədiyi kimi təsir edə bilməyib. İndi isə Tehran güclü bir Azərbaycanla üzləşib və bu da İran hakimiyyətini özündən çıxarır.

Turan Rzayev: “Qeyri-rəsmi məlumatlara görə iranlı zabitlər baş verən təxribatlarda ermənilərlə bir yerdə iştirak ediblər və onları yönləndiriblər”.

Bu gün Azərbaycan zəif ölkə deyil və Azərbaycanın güclü ordusu var. İran ordusundan fərqli olaraq Azərbaycan ordusunun real döyüş təcrübəsi var. Digər tərəfdən bu gün Azərbaycanın xarici siyasəti də uğurludur. Amma İran faktiki olaraq Ermənistana dəstək verir. Hətta son sərhəd hadisələrinin pərdəarxası məqamlarından danışsaq burada İranın da proseslərdə iştirak etdiyini deyə bilərik. Qeyri-rəsmi məlumatlara görə iranlı zabitlər baş verən təxribatlarda ermənilərlə bir yerdə iştirak ediblər və onları yönləndiriblər. Hətta əməliyyatların birbaşa iştirakçıları olublar. Pilotsuz uçuş aparatları da İrana məxsus olub.

Əslində İranın bu mövqeyi anlaşılandır. Səbəb odur ki, İran Şimalında bir dövlətin Azərbaycan adı daşımasından ilk növbədə narahatdır. Çünki İranın özündə Azərbaycan adlı iki vilayət var və hazırda İranın dörd vilayətində 40-45 milyona yaxın azərbaycanlı yaşayır. Bakının Təbrizə olan təsir imkanı, bu gün İranın Azərbaycana olan təsir imkanlarından qatbaqat çoxdur. Rəsmi Bakı istəsə bu gün Təbrizi rahatlıqla ayağa qaldıra bilər. Amma hal-hazırda biz bunu istəmirik və bunda da maraqlı deyilik.

Hazırda İran-Azərbaycan münasibətləri soyuq müharibə kontekstinə keçib. Xüsusilə bu Tehran tərəfindən Azərbaycana qarşı tətbiq edilən siyasətin nəticəsidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar