Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qisas- 2” əməliyyatı yaxınlaşırmı? - Video

Son günlər Ermənistan ordusu tərəfindən müxtəlif istiqamətlərdən mövqelərimiz bir neçə dəfə atəşə tutulur. Döyüş meydanında dəfələrlə məğlub Ermənistan hərbçiləri, görünür, hələ də olanlardan nəticə çıxarmırlar...

Hərbi ekspertlər isə hesab edirlər ki, proseslər belə davam edəcəyi təqdirdə, yaxın günlərdə növbəti ani-terror əməliyyatlarının keçirilməsi qaçılmaz olacaq.

''Qanunsuz yaşadıqları Azərbaycan ərazilərindən mövqelərimizin atəşə tutulması Ermənistanın həm Vətən müharibəsindən, həm də ''Qisas'' əməliyyatından nəticə çıxarmadığını göstərir. Belə davam edəcəyi təqdirdə onlara növbəti dəfə dəmir yumruq zərbəsi dəyəcək''.

Bunu ''Xəzər Xəbər''ə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutulması məsələsini şərh edən hərbi ekspert bildirib ki, Ermənistan bu addımı ilə Azərbaycana qarşı ərazi iddialarının olduğunu demək istəyir. Mövqelərimizin atəşə tutulması isə ordumuzun təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

Ədalət Verdiyevin sözlərinə görə, belə məqamda bu gün Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirənin keçirilməsi təsadüfi deyil.

Hərbi ekspert Alparslan İmamqulu isə hesab edir ki, Vətən müharibəsi və ''Qisas'' əməliyyatından sonra da Ermənistan ordusu tərəfindən mövqelərimizin atəşə tutulması qarşı tərəfin növbəti dəfə sərt şəkildə cəzalandırılmasını zəruri edir.

Ekspertlər ehtimal edirlər ki, Ermənistan ordusunun mövqelərimizi davamlı olaraq atəşə tutacağı təqdirdə Azərbaycan ordusu əməliyyatları yaxın günlərdə həyata keçirilə bilər.

pia.az


Etiket: Qisas-2

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar