Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Duqinin məsələsində 5-ci kolonun aktivlik göstərməsi təbiidir” - Hafiz Hacıyev

Son günlər Rusiyameylli 5-ci kolon çox aktivləşib...

Müasir Müsavat Partiyasının sədri: “Rusiya çalışır ki, Duqqinin qızına qarşı olan terrordan istifadə edib Azərbaycanda olan qüvvələr vasitəsilə müəyyən təbliğatlar aparsınlar”.

“Təəsüf ki, onlar barədə dövlət tərəfindən heç bir tədbir görülmür. Nə məsələdir hələ ki, bizim üçün aydın deyil. Amma biz imkan verməyəcəyik Azərbaycanda 5-ci kalon bu dərəcədə inkişaf etsin”.

Xəbər verdiyimiz kimi Aleksandr Duqinin qızı Darya Duqinə sui-qəsd edildi. Hadisədən bir gün sonra 29 yaşlı “United World International”ın baş redaktoru Darya Duqinanın avtomobilinin məsafədən idarə olunan bomba ilə partladıldığı məlum oldu.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından bildirdi. Qeyd olundu ki, avtomobilə yerləşdirilən bomba məsafədən işə salınıb.

Bu hadisədən sonra, yəni son günlər Rusiyameylli 5-ci kolonun Azərbaycanda çox aktivləşdiyi müşahidə olunur. Amma belə çirkin kampaniyalar Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Bu baxımdan, onların ictimai rəyə təsir edə və məqsədlərinə nail ola bilməyəcəkləri öncədən bəllidir.

Ölkədə 5-ci kolonun aktivləşməsini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Biz imkan verə bilmərik ki, Rusiyameylli qüvvələr yenidən Azərbaycanı işğal altına salsınlar”.

5-ci kolon barədə dövlət tərəfindən heç bir tədbir görülmədiyini vurğulayan partiya sədri bildirib ki, nə məsələdir hələ onlar üçün də aydın deyil:

Azərbaycanda Rusiyaya meyllilərin sayının artması pis haldır. Çünki Azərbaycan dövlətinin daxilində olan 5-ci kalon bu günə qədər dövlətə xəyanət edir. Onlar Azərbaycan xalqının yaxşı, firəvan həyat sürməsinə maneçilik edirlər. Həmçinin onlar Azərbaycanın inkişafını, Qarabağın azad olunmasını qəbul etməyən qüvvələrdir. Ölkə daxilində olan 5-ci kalon bu gün fəaliyyətlərini güclü şəkildə davam etdirirlər.

Onlar düşünürlər ki, nə vaxtsa, SSRİ bərpa olunacaq. 5-ci kolon belə bir ideya ilə yaşayırlar. Buna görə də onlar Rusiyadan aldıqları müəyyən imtiyazlar hesabına Azərbaycana həmişə xəyanət edirlər. Onların başında da Ramiz Mehdiyev və onun komandası dayanıb. Onlar dövlət başçılarının uğurlarını həzm edə bilmirlər. Çalışırlar ki, Azərbaycanda böyük qarışıqlıq yaransın. Eyni zamanda onlar hakimiyyətin qollarında olan müəyyən güclü insanları nüfuzdan salmaq istəyirlər. Buna da nail olmağa cəhd edirlər. Təəsüf ki, onlar barədə dövlət tərəfindən heç bir tədbir görülmür. Nə məsələdir hələ ki, bizim üçün aydın deyil. Amma biz imkan verməyəcəyik Azərbaycanda 5-ci kolon bu dərəcədə inkişaf etsin.

Rusiya terrorist, təcavüzkar dövlətdir. Kreml bilməliydi ki, Ukraynaya gecə-gündüz od, bomba yağdıranda onların da aqibəti olmayacaq. Rusiya çalışır ki, Duqqinin qızına qarşı olan terrordan istifadə edib Azərbaycanda olan qüvvələr vasitəsilə müəyyən təbliğatlar aparsınlar. Amma onlar hələ buna nail ola bilmirlər. Buna görə də Duqinin məsələsində onların aktivlik göstərməsi təbiidir.

Hafiz Hacıyev: “Onlar hakimiyyətdən milyarlar yığırlar, sonra da dövlət başçısına xəyanət edirlər. Ən qorxulu hal da budur”.

Bütün bunların qarşısını almaq üçün biz dövlət başçısı ilə bir yerdə olmalıyıq. Biz Duqinin qızının qətlinindən sonra daxilimizdə olan 5-ci kolonun aktivləşəcəyini hesablamalı idik. Amma bu gün də gec deyil. Azərbaycanı sevən bütün qüvvələr onlara qarşı səfərbər olmalıdır. Son günlər FHN-də olan və dövlətə ziyan vurulmayan məsələni çox şişirdirlər. Çünki oranın başçısı dövlətə sadiq insandır. 5-ci kalon onu öz əhatəsinə ala bilmir. Buna görə də ona qarşı psixoloji terrorla məşğuldurlar.

5-ci kolon nə qədər dayanmadan fəaliyyət göstərirlər, biz də dayanmadan fəaliyyətimizi gücləndirməliyik. Ölkədə sağlam qüvvələr birləşsə, istədiyimizə nail olacağıq. Biz imkan verə bilmərik ki, Rusiyameylli qüvvələr yenidən Azərbaycanı işğal altına salsınlar. Bu xülyaya düşən qüvvələr də tam əmin ola bilərlər ki, onların apardıqları təbliğat kampaniyası heç bir nəticə verməyib və verməyəcək də. Allah hakimiyyətdə olan məmurlara bir az insaf versin. Onlar hakimiyyətdən milyarlar yığırlar, sonra da dövlət başçısına xəyanət edirlər. Ən qorxulu hal da budur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar