Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib

Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib.

"Report" xəbər verir ki, COVID-19 pandemiyasının Avropa ölkələrinə təsirindən bəhs edən və redaktorları tanınmış professorlar Luis Dalingvote (Sorbonna Universiteti, Fransa), Vanessa Bullet (Lotaringiya Universiteti, Fransa), İside Costantini (Sorbonne Universiteti, Fransa) və Paul Gibbs (Middlesex Universiteti, İngiltərə) olan "The Unequal Costs of COVID-19 on Well-being in Europe" (Human Well-Being Research and Policy Making) adlı kitabın 8-ci fəsli Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva, kafedranın müəllimi Aygün Muradlı, Xarici dillər kafedrasının müəllimi Nərgiz Hüseynovanın “Impact of the COVID-19 pandemic on the well - being of children with disabilities and their parents in Azerbaijan” adlı elmi araşdırmalarına həsr olunub.

Araşdırmada pandemiya zamanı əlilliyi olan uşaqların vəziyyəti, əlilliyi olan uşaqlara və onların valideynlərinə təsiri və təhlili, pandemiya ilə mübarizədə əlilliyi olan şəxslərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Sosial Xidmətlər Agentliyi, ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökümət təşkilatları - Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birgə və Sağlam İctimai Birliyi və bənzər qurumların bu müddət ərzində həyata keçirdikləri fəaliyyət, həmçinin mütəxəssis, valideyn müsahibəsi və rəyləri öz əksini tapıb.

Dünyanın nüfuzlu elmi nəşriyyatlarından biri olan “Springer” tərəfindən çap olunan kitab hazırda dünyanın ən böyük onlayn alış-veriş platformalarından biri olan “Amazon”da satışdadır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay