Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Mərkəzində Reza Deqatinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

PİA.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi olub.

Daha sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, dünyada Azərbaycandan kənarda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların arasında ölkəmizi təmsil edən çoxsaylı sənətkarlarımız var:

"Onun həyatına baxsaq, qəhrəmanlıq səhifələrini görə bilərik. Mən deyərdim ki, Deqatinin ən böyük sənət əsəri onun öz həyatıdır. Onun həyatı üzrə sənədli və bədii filmlər hazırlanacaq".

Qeyd edək ki, Reza Deqati 55 ildir ki, fotoqraf kimi fəaliyyət göstərir və bu günə qədər dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Onun “National Geographic”, “Paris Match”, “Stern”, “Figaro”, “New York Times” kimi məşhur beynəlxalq jurnallarda 10 mindən artıq fotosu çap olunub. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib.(report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ən çox oxunanalar