Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq” ASC: Təbii fəlakət zamanı Daşkəsən və Ağstafaya dəyən zərər aradan qaldırılır

İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə cidd ziyan dəyib.

"Azərişıq" ASC-dən bildirilib ki, Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Azərişıq" ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.

Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.

Ağstafa rayonu ərazisində də təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub. Hadisə nəticəsində xeyli sayda müxtəlif güclərdə olan yüksək və aşağı gərginlikli xətt dayaqları sınıb, elektrik naqilləri zədələnib, bəzi ərazilərdə güclü sel elektrik xətlərini yuyub aparıb.

Hazırda butün xətlər gərginlik altındadır. 110/10 kV-luq "Poylu-Dartı" yarımstansiyasından çıxan Ceyrançöl hava xətdində 2 budaqlanmada təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, hadisədən dərhal sonra ərazilərə əlavə mal-material, maşın-mexanizmləri və işçi qüvvəsi cəlb edilib. Təbii fəlakətin vurduğu ciddi zərərin aradan qaldırıması istiqamətində operativ şəkildə tədbirlər görülüb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Ən çox oxunanalar