Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin gəmiləri mübahisəli sulara daxil oldu - Yaponiyadan xəbərdarlıq

Çin Dəniz Polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində ÇXR-in iddia etdiyi mübahisəli Yapon Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub.

Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin Çin gəmilərinə zonanı tərk etməyi tələb edən xəbərdarlıq göndərdiyi bildirilir.

Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətində olan adalar 1972-ci ildə Yaponiyaya təhvil verilib. Çin tərəfi Yaponiyanın bu zonanı qeyri-qanuni əlində saxladığını iddia edir.

Yaponiya da öz növbəsində qeyd edir ki, ÇXR bu əraziyə 1970-ci illərdə, bu bölgənin akvatoriyası faydalı qazıntılarla zəngin olduğuna görə iddia etməyə başlayıb. 2012-ci ildə Yaponiya hökuməti beş adadan üçünü xüsusi mülkiyyətçidən aldıqdan və dövlət statusunu vurğuladıqdan sonra mübahisə daha da kəskinləşib.

Aprelin 18-də Çinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafında mövcudluğunu artırmasından sonra Yaponiyanın bu ərazilərin müdafiəsini genişləndirəcəyi bildirilmişdi. Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (QSDF) qərargah rəisi general Yoşihide Yoşidanın sözlərinə görə, əraziyə iddialı olan düşmənlərə güclü siqnal göndərmək üçün əlavə müdafiə qüvvələrinin genişləndirilməsi zəruridir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar