Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda sel təhlükəsinə qarşı tədbirlər görülür

İsmayıllıda sel təhlükəsinin qarşısının alınması məqsədilə rayonda qabaqlayıcı tədbirlər görülür.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki,İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara həmçinin, cari iş planına uyğun olaraq Sentyabr ayının müvafiq dövrü ərzində bir sıra işlər həyata keçirilmişdir.Buna görə də, baş verə biləcək sel təhlükəsinin qarşısının alınması məqsədilə rayonda qabaqlayıcı tədbirlər görülür.

Rayon ərazisindən keçən magistral yolarda avtomobilərin rahat şəkildə hərəkət etməsi məqsədilə yer altı drenajların və körpü keçidlərinin içərisi təmizlənir ətrafı genişləndirilir.Talıstan çayının məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir.Əraziyə 4 ədəd texnika cəlb olunub.

Artıq təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstan çayının 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu il sel sularının qarşısının alınması üçün çayda dəmir karkas üzərində salınan bəndin möhkəm strukturu sel sularına sinə gərməyə imkan verir, Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Cülyançayda da məcratəmizləmə işlərinə başlanılıb.

Yaşayış və əkin sahələrinin daşqın və sel sularından qorunması üçün Kəlbənd kəndi ərazisindən keçən Quru çayda da sahil bərkitmə və uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı magistral beton kanalın lildən təmizlənməsi işləri nəzərdə tutulur.

Onuda qeyd edək ki, görülən işlər Podratçı təşkilatla birgə aparılır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar