Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Güman edilir ki, bunlar mənim sifarişimlə edilir…" - Mübariz Mənsimov

"Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər, mənim və şirkətimin adından sui-istifadə edərək silsiləli verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq. Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verlişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır".

Bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında yayılanan xəbərlərə münasibət bildirərkən deyib:

"Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun, nə vermişəm, nə verərəm, nə də bundan sonra verməyi düşünürəm. Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq.

Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq bizi alətə çevirməniz səhv addımdır.

Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm".(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay