Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik edib

Rusiya parlament seçkilərinin uğurlu təşkili münasibətilə Azərbaycanı təbrik edib...

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd edilib ki, Rusiya Azərbaycan parlamentinin yeni tərkibi ilə konstruktiv qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini gözləyir.

MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə görə, seçkilər şəffaf, etibarlı və demokratik, yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib. Rusiya tərəfinin ATƏT DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması ilə bağlı heç bir fakt qeydə almayıblar.

Xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik. Bu seçkinin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstək olmasından xəbər verir”, - məlumatda deyilir.

Nazirlikdən Azərbaycan Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federal Məclisi arasında iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid bəslənildiyi qeyd edilib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə (parlament) növbədənkənar seçkilər keçirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar