Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib

Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib...

APA xəbər verir ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsi, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanması və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviq edilməsindən ibarət olub.

Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak edib.

Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un Müəyyən edilmiş Prezidenti Muxtar Babayev, iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb. O, bu il ilk dəfə təqdim ediləcək BTR-ların iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək.

Dialoq çərçivəsində Azərbaycanın COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilmişdir. COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-ların hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb. Eyni zamanda platforma Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək, universal iştirakın təmin olunmasına töhfə verəcək.

Tədbir çərçivəsində, həmçinin, COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.

Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəyini ifadə ediblər.

Poliqon.info


Etiket: COP29


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar