Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro Milad bayramını oktyabrın 1-nə keçirib

Nikolas Maduronun fərmanı ilə Venesuela Milad bayramını bu il oktyabrın 1-də qeyd edəcək...

Venesuela prezidenti Nikolas Maduro bu il katoliklərin Milad bayramlarının oktyabrın 1-də başlayacağı ilə bağlı açıqlama verib.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır.

“Sentyabrdır və Milad bayramının yaxınlaşdığını artıq hiss edə bilirsiniz. Ona görə də bu il hörmət və minnətdarlıq əlaməti olaraq Milad bayramını oktyabrın 1-nə köçürmək üçün fərman verəcəm”, deyə Maduro tez-tez televiziya çıxışlarından birində deyib.

Nəşr yazır ki, 11 illik keşməkeşli hakimiyyətinin ən böyük siyasi problemi ilə üzləşən Venesuela lideri bütün venesuelalılara “sülh, xoşbəxtlik və təhlükəsizlik”lə dolu Milad vəd etdi.

Eyni zamanda Bloomberg xəbər verib ki, Birləşmiş Ştatlar Venesuela administrasiyasının 15 yüksək vəzifəli məmuruna qarşı “azad və ədalətli prezident seçkilərinə” mane olduqları iddiası ilə fərdi sanksiyalar elan etməyə hazırdır. Təsdiqlənməmiş məlumatlara görə, onların arasında xarici işlər naziri İvan Gil, Ali Məhkəmənin sədri Karislia Beatriz Rodriges Rodriges və Seçki Şurasının yüksək səviyyəli üzvü Rosalba Gil Paçeko da var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay