Rusiyanın Ukraynanın Poltava şəhərinə ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb...
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
***
Rusiyanın Ukraynanın Poltava şəhərinə ballistik raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya raketlərin təhsil müəssisəsinə və xəstəxanaya düşməsi nəticəsində ölənlərin sayının 47-yə yüksəldiyini bildirib.
Y, Zelenskaya yaralılarının sayının da artaraq 206-ya çatdığını deyib.
***
Rusiya ballistik raketlərlə Ukraynanın Poltava şəhərinə zərbələr endirib.
APA “Ukrainskaya Pravda“ nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski hücum nəticəsində 41 nəfərin öldüyünü açıqlayıb.
Poliqon.info