Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan ŞİH başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

Sentyabrın 21-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev və İcra Hakimiyyətinin digər məsul şəxsləri növbəti dəfə bir neçə Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib.

Vətən müharibəsi şəhidləri Bağırov Süleyman Loğman oğlunun, Cəfərov Yusif Mübariz oğlunun, Rustəmov Ruslan Nüsrət oğlunun və Mənəfli Əli Əflan oğlunun ailələrinin ziyarəti zamanı onlara başsağlığı verilib, şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir dilənib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2021-ci il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir. Bu münasibətlə Şəhər İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanıb və mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin doğum və anım günlərinin təşkili ənənə şəklini alıb. Şəhidlərə həsr olunmuş xatirə kompleksləri, bulaqlar inşa edilir, guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda Şəhidlər xiyabanları şəhər rəhbərliyi tərəfindən ziyarət olunur. Şəhid ailələri ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür.
Vətən müharibəsinin şəhidi Rüstəmov Ruslan Nüsrət oğlunun qızı Yasəməni bu günə təsadüf edən doğum günü münasibətilə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və qonaqlar təbrik edib və ona xoş arzularını çatdırıblar. Şəhidin ailəsi və övladı doğum günündə şəhər rəhbərliyi tərəfindən ziyarət olunduqlarına görə sevinc hissləri keçiriblər.

Şəhid ailələri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay