Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərin faciəli ölümünü niyə dünya ictimaiyyətinə lazımı səviyyədə çatdıra bilmirik? - Sülhəddin Əkbərdən şərh

Hadisə ilə əlaqədar Azərbaycan hazırda dünyaya müxtəlif çağırışlar edir. Amma demək olar ki, beynəlxalq aləmdə Ermənistan terrorunu pisləyən, tənqid edənlər yox səviyyəsindədir...

Azad Demokratlar Partiyasının sədri: “Bu cür suallar artıq rəsmi orqanlara yönəlməlidir. Çünki bu işlə birbaşa dövlət və hökumət səviyyəsində məşğul olmaq lazımdır”.

“Faciəni beynəlxalq birliyin ictimai müzakirəsinə çıxarmaq dövlətin və hökumət ilk növbədə olan vəzifəsidir”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərimizi dünya ictimaiyyətinə çatdıra bilməmək səbəblərimizi PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan jurnalistləri Məhərrəm İbrahimov və Sirac Abışovun işğaldan azad edilmiş Kəlbəcər rayonunda mina patrtlaması nəticəsində həlak olmasından artıq 5 gün keçdi. Hadisə ilə əlaqədar Azərbaycan hazırda dünyaya müxtəlif çağırışlar edir. Amma istənilən nəticə hələ də alınmayıb. Demək olar ki, Ermənistan terrorunu pisləyən, tənqid edənlər yox səviyyəsindədir. Qeyd edək ki, əgər belə bir faciə erməni jurnalistlərinin başına gəlsəydi və erməni jurnalistlər Azərbaycan tərəfinin basdırdığı minadan həlak olsaydılar, o zaman dünyanın bütün aparıcı qeyri-hökümət təşkilatları və dövlət rəsmiləri ən yüksək səviyyədə Azərbaycana təyiqlər edərdilər. Lakin birinci dəfə deyil ki, Ermənistanın hərbi cinayətlərinə qarşı dünya ictimaiyyəti səssizlik nümayiş etdirir və bu cinayətləri gözməməzlikdən gəlməyə çalışırlar.

Bütün bunlar təsadüşdürmü? Biz niyə bu cür faciələr yaradan hərbi cinayətləri lazımı səviyyədə dünya ictimaiyyətinə, təşkilatlarına çatdıra bilmirik? Zəif tərəfimiz hansılardır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Azərbaycan mətbuatında jurnalistlərin faciəli şəkildə ölümünə kifayət qədər yer verilir. Amma Azərbaycan mətbuatı hansı dairələrdə oxunur?”.

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın aktiv siyasi, diplomatik fəaliyyətin göstərdiyini xatırladan partiya sədri müharibənin bitdiyini, amma bu fəaliyyəti davam etdirməyin lazımlı olduğunu vurğulayıb:

“Bu cür suallar artıq rəsmi orqanlara yönəlməlidir. Çünki bu işlə birbaşa dövlət və hökumət səviyyəsində məşğul olmaq lazımdır. İlk növbədə də Xarici İşlər Nazirliyi jurnalistlərin faciəli ölümünü dünya ictimaiyyətinə, dünya təşkilatlarına çatdırmalıdır. Yəni bu faciəni rəsmi şəkildə beynəlxalq, regional təşkilatlarda qaldırmaq lazımdır. Eyni zamanda faciəni beynəlxalq birliyin ictimai müzakirəsinə çıxarmaq dövlətin və hökumət ilk növbədə olan vəzifəsidir.

Azərbaycan mətbuatında jurnalistlərin faciəli şəkildə ölümünə kifayət qədər yer verilir. Amma Azərbaycan mətbuatı hansı dairələrdə oxunur? Jurnalistlərin faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün bunları etmək lazımdır :

1. Azərbaycan olan beynəlxalq, regional təşkilatların, xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx iş aparmaq lazımdır;

2. Beynəlxalq təşkilatlarla işləmək lazımdır;

3. Beynəlxalq hüquq müdafiə təşkilatları ilə işləmək lazımdır.

Mənim sadaladığım bu iş sistemi və siyasi, diplomatik fəaliyyət sahələri Xarici İşlər Nazirliyində, Prezident Aparatında var. Sadəcə olaraq bu işlə məşğul olmaq lazımdır.

Qeyd edim ki, İkinci Qarabağ müharibəsi dövründə aktiv siyasi, diplomatik fəaliyyət göstərilirdi. Artıq müharibə bitib, amma bu fəaliyyəti davam etdirmək lazımdır. Çünki müharibə artıq siyasi, diplomatik, informasiya, psixoloji savaş, kəşfiyyat sahəsində davam edir”.

Qeyd edək ki, Vətən Müharibəsi günlərində Prezident Adminstrasiyasında prezidentin köməlçisi Hikmət Hacıyevin rəhbərliyi altında düşmənlə informasiya müharibəsi aparmaq məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərirdi və bu Qərargahın effektli, mərkəzləşdirilmiş qaydada, o cümlədən operativ fəaliyyəti nəticəsində müharibə günlərində biz informasiya müharibəsində Ermənistana qalib gəldik. Lakin müharibə bitdikdən sonra, çox təəssüf ki, həmin Operativ Qərargah buraxıldı. Halbuku həmin Operativ Qərargaha müharibdədən sonra daha çox ehtiyacın olduğu da bəlli idi. Çünki müharibədən sonra diplomatik və infotmasiya müharibəsinin ən pik həddə çatacağı da öz-özündən aydın idi. Son zamanlar bizim informasiya müharibəsində Ermənistan qarşısında zəifləməyimiz onu göstərir ki, düşmənlə həmin Operativ Qərargah öz işini bərpa etməlidir. Bu zəruri ehtiyacdır...

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Ən çox oxunanalar