Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi Avropa ölkələri Azərbaycanın haqqını və qələbəsini niyə həzm edə bilmirlər?

Avropanın bu ölkələrinin reallığı, beynəlxalq hüququ və Azərbaycanın haqqını qəbul etmək istəməməsinin əsl səbəbləri nədir və onlar nə istəyirlər?..

Politoloq: “Fransa və Niderland kimi ölkələrin parlamentlərində Dağlıq Qarabağla bağlı absurd qərarların qəbul edilməsi bu ölkələrin dövlət maraqlarına ziyandır və gələcək üçün təhdid xarakteri daşıyır”.

“İndi hansı haqla onlar Azərbaycan kimi multikultural, 44 gün ərzində çox səliqəli şəkildə hərbi əməliyyatlar keçirən ölkəni təhdid etmək istəyirlər?”.

Bu sözləri politoloq Zaur Məmmədov Qarabağ reallığının bəzi Avropa ölkələri tərəfindən qəbul edilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın 30 illik işğala son qoyması Ermənistanla yanaşı, bu illər ərzində işğalçını dəstəkləyən ölkələr və müxtəlif dairələrdə də ciddi təşviş yaratdı. 44 günlük müharibənin nəticəsi olaraq, noyabrın 10-da Azərbaycan, ErmənistanRusiya arasında Üçtərəfli Bəyanat imzalandı və bununla işğalçı ölkə Azərbaycan torpaqlarından çıxmağa, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub və bölgədə yeni reallıqlar yaranıb.

Məlumdur ki, Qarabağ müharibəsi bitən kimi bir neçə Avropa ölkələri Azərbaycanın qalib gəlməsi və torpaqlarını işğaldan azad etməklərini qəbul etmədilər. Belə ki, Fransa Senatı qondarma Dağlıq Qarabağı tanıdı, sonra isə Niderland Parlamenti də Azərbaycan əleyhinə qətnamələr qəbul etdi. Görünən budur ki, bir çox Avropa ölkələri Azərbaycanla bağlı reallığı hələ də qəbul edə bilmir.

Avropanın bu ölkələrinin reallığı, beynəlxalq hüququ və Azərbaycanın haqqını qəbul etmək istəməməsinin əsl səbəbləri nədir və onlar nə istəyirlər?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bu parlamentarilərin erməni lobbisinin çirkab pullarını cinlərinə qoyaraq özlərinə əl qatması gülünc və absurddur”.

Həmin ölkələrin güzgüyə baxıb özlərinin kim olduğunu, haradan-haraya gəldiklərinə baxmaqlarını tövsiyə edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, həmin ölkələr öz qonşu ölkələrindəki torpaqlara yox, ərazilərindən minlərlə kilometr uzaqlıqda olan ərazilərə hücümlar ediblər. Müstəmləkə və soyqırım siyasəti həyata keçiriblər:

Avropada ultrasağ və ultramillətçi ideologiyaya mənsub siyasi partiyaların son zamanlar seçkilərdə qalib gəlməsinin və cəmiyyətdə böyük rəğbət qazandıqlarının şahidiyik. Bütün bunların əsas səbəbi sosial-iqtisadi böhran, yerli əhalinin miqrantlarla münaqişəsidir. Buna görə də son illər ultrasağçı qüvvələrin pafoslu çıxışları xalq tərəfindən rəğbətlə qarşılanır.

Fransa və Niderland kimi ölkələrin parlamentlərində Dağlıq Qarabağla bağlı absurd qərarların qəbul edilməsi bu ölkələrin dövlət maraqlarına ziyandır və gələcək üçün təhdid xarakteri daşıyır. Çünki Cənubi Qafqazda reallıq ondan ibarətdir ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Həmçinin də dünyada Dağlıq Qarabağdakı rejimin tanınması ilə bağlı bundan əvvəl olduğu kimi, bundan sonra da tendensiyanın şahidi ola bilmərik.

Zaur Məmmədov: “Bundan sonra biz müharibəmizi digər sahələrdə də aparaq erməni və onların havadarlarına qalib gələcəyik”.

Bu parlamentarilərin erməni lobbisinin çirkab pullarını cinlərinə qoyaraq özlərinə əl qatması gülünc və absurddur. Eyni zamanda yaxşı olar ki, həmin ölkələr güzgüyə baxıb özlərinin kim olduğunu, haradan-haraya gəldiklərini düşünsünlər. Həmin ölkələr öz qonşu ölkələrindəki torpaqları yox, ərazilərindən minlərlə kilometr uzaqlıqda olan ərazilərə hücümlar ediblər. Müstəmləkə siyasəti həyata keçiriblər. Bu dövlətlərin ayrı-ayrı ölkələrə qarşı apardıqları soyqırım, qətliamlar hər kəsə məlumdur.

İndi hansı haqla onlar Azərbaycan kimi multikultural, 44 gün ərzində çox səliqəli şəkildə hərbi əməliyyatlar keçirən ölkəni təhdid etmək istəyirlər? Onların heç bir haqları yoxdur. Eyni zamanda da onların və kimlərinsə nə deməyindən asılı olmayaraq Cənubi Qafqazda real vəziyyət Azərbaycanın qalibiyyəti ilə başa çatıb. Bundan sonra biz müharibəmizi digər sahələrdə də aparaq erməni və onların havadarlarına qalib gələcəyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar