Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa XİN: Belarusun ittihamlarından məyus oluruq

Polşa Belarusdakı yüksək vəzifəli şəxslərin Varşavaya qarşı ittihamlarından təəccüblənir və məyus olur.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Xarici İşlər nazirinin müavini Marçin Pşidaç Belarusun Polşadakı səfiri Vladimir Çuşevlə görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, səfir Belarus hakimiyyətinin ən yüksək nümayəndələrinin Polşaya qarşı səsləndirdiyi bir sıra yalnış ittihamlarla əlaqədar təcili Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir müavini ölkəsinin bu ittihamlarla razılaşmadığını vurğulayıb. "Biz məyusuq, prezident Lukaşenkonun və onun ətrafındakıların fikirlərinə təəccüblə baxırıq. Bütün bunlar əsassızdır. Polşada sərhədlərin dəyişməsi və ya qoşunların hərəkəti barədə heç bir müzakirələr aparılmır. Fikrimizcə, bu, Belarus cəmiyyətini bəzi xəyali xarici düşmənlə qorxutmaq cəhdidir", - deyə Pşidaç bildirib.

Polşalı diplomat əlavə edib ki, nə onun ölkəsinin nə də NATO-nun Belarusa qarşı düşmən planları var.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı Belarusun Qrodno vilayətini ilhaq etmək planında ittiham edib.

pia.az


Etiket: Polşa XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar