Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident və Birinci vitse-prezident Gəncədə zavodun açılışında iştirak etdi - Yenilənib

Prezident İlham Əliyev zavodu işə salıb...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

PİA.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, müəssisədə süni mərmər, keramoqranit - yəni, yer və divar üzlükləri, metlax və quru inşaat qarışıqları istehsal ediləcək. Hazırda burada illik istehsal gücü 40 min ton astar və 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib və avadanlıqları quraşdırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Müəssisənin illik istehsal gücü - 3 milyon kvadratmetr olacaq. Burada hazırlanan məsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya respublikalarına satışı nəzərdə tutulur. Zavodda 300-dən çox yeni iş yeri yaradılıb.

Zavodun direktoru Anar Məmmədov bildirdi ki, müəssisənin ümumi dəyəri 46,5 milyon manatdır. Onun 10 milyon manatı güzəştli kreditdir. Ümumi dəyəri 32 milyon manat olan investisiya təşviqi sənədi alınmış və 6 milyon manat vəsaitə qənaət olunub.

Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də sahibkarlığa ümumi iqtisadi inkişafın mühüm subyekti kimi baxılır. 2004-cü ildən bəri Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncədə 498 sahibkara 51,2 milyon manat kredit verilib. Bu da şəhərdə yeni istehsal müəssisələrinin yaradılmasına şərait yaradıb.(APA)

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar