Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Agentlik: Şəbnəm Tapdığın təqdim etdiyi ad əmtəə nişanı kimi qeydiyyata alınıb

Əqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciəti ilə bağlı qərar qəbul edib...

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Əməkdar artist "İLK ŞƏBNƏM" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib:

"Əməkdar artist Tapdıqova Şəbnəm İlyas qızı iyunun 11-də təqdim etdiyi iddia sənədi ilə “İLK ŞƏBNƏM” söz işarəsindən ibarət əmtəə nişanının Təsnifatın 41-ci sinfi üzrə (musiqili təqdimatların təqdim edilməsi xidməti üzrə) qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Müraciətə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı,sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsində baxılıb və onun qeydiyyatına dair Müşahidə Şurası tərəfindən 22 avqust 2019-cu il tarixli Qərar qəbul edilib".

Agentlikdən bildirilib ki, qeydiyyata alınan əmtəə nişanı şəxsi adların qorunması kimi qəbul olunmur: "O, Təsnifatın qeydiyyata alındığı əmtəə və xidmətlər üzrə əmtəə nişana dair hüquqlarını ehtiva edir".

Qeyd edək ki, Əməkdar artist Şəbnəm Tapdıq 2019-cu ilin iyunun 11-də “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar