Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Rusiyaya yük aparan onlarla maşın sərhəddə qaldı

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan onlarla iritonnajlı yük maşını sərhəddən Rusiyaya buraxılmır

İyunun 28-i gecə saat 1-dən etibarən tez xarab olan meyvə-tərəvəz dolu “TIR”lar “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində növbəyə düzülüb.

Bu barədə virtualaz.org-a sərhəddə ilişib qalan ticarətçilərdən biri - Sərxan Atakişiyev bildirib. Onun sözlərinə görə, sürücülər nə qədər öyrənməyə cəhd etsələr də, problemin nədən yarandığını heç kim izah etmir.

“Mən gilas ticarəti ilə məşğul oluram və ilk dəfədir ki, belə halla qarşılaşıram. Bakıdan Moskvaya vurduğumuz yüklə bu gecə təxminən saat 2-də sərhəddə çatmışıq, sərhədi keçə bilmirik. Bu saat bizdən qabaqda 20 iritonnajlı yük maşını növbə gözləyir. Arxada da çox böyük növbə yaranıb. Səbəbini soruşuruq, heç kim bilmir. Deyirlər ki, Rusiya tərəfi yük maşınlarını buraxmaq istəmir. Əslində bizə “yaşıl koridor” yaradılmalı idi, çünki məhsulumuz tez xarab olandır. Gilas kartof deyil ki, 10 gün qalsın...”, - S.Atakişiyev bildirir.

S. Atakişiyev qeyd edib ki, yük maşınlarından fərqli olaraq, minik avtomobilləri heç bir problem olmadan sərhədi rahatlıqla keçib gedə bilirlər.

Yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov virtualaz.org-a texniki nasazlıq səbəbindən sərhəddə qısamüddətli sıxlıq yarandığını bildirdi.

“Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində Rusiya tərəfdə qısamüddətli sıxlıq yaranıb. Səbəb isə kompüter sistemində yaranan texniki nasazlıqdır. Artıq bu nasazlıq aradan qaldırılıb, hazırda heç bir problem yoxdur. Maşınlar əvvəlki qaydada keçib gedirlər”, - Natiq Axundov bildirib.

pia.az


Etiket: Maşın Sərhəd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay