Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda illik inflyasiya 2,1% olub

Ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində un, çörək, makaron məmulatları, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə olunmamış üzlü süd, yoqurt, kəsmik, zeytun yağı, limon, naringin, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, balqabaq, bibər, çuğundur, kartof, soğan, sarımsaq, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq əti, sterilizə olunmuş üzlü süd, xama, süfrə marqarini, qarğıdalı yağı, yumurta, qoz, fındıq, şabalıd, badımcan, yerkökü, quru noxud və lobya, mərci, şəkər tozu, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, televizorlar, dəftərxana ləvazimatları, sement, kərpic, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sulu boya, kondisionerlər, mobil telefonlar və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.(report)

pia.az


Etiket: inflaysiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay