Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni il bazarlığı neçəyə başa gəlir?

Yeni il yaxınlaşır, artıq əksər ailələr bayramı qeyd etmək üçün hazırlıqlara başlayıblar

Maddi imkanı yüksək olanlar daha təmtəraqlı bayram keçirmək üçün bahalı restoran və əyləncə mərkəzlərini seçsə də, əksəriyyət həmişə olduğu kimi gələn ili evində qarşılayacaq. Bəs orta statistik azərbaycanlı ailəsi üçün bayram bazarlığı neçəyə başa gəlir?

Müşahidələr göstərir ki, ölkədə il ərzində ərzaq qiymətlərində kəskin bahalaşma olmayıb. Amma qiymətlərdə az da olsa artım müşahidə olunur. Dövlət Statistika Komitəsi də bu günlərdə açıqlama verərək yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin isə 2,7 faiz artması ilə bağlı məlumat yaymışdı. Qarşıdan gələn günlərdə isə qiymətlərin bir qədər artacağı ehtimal olunur.

PİA.AZ bildirir ki,Virtualaz.org bununla bağlı araşdırma aparıb. Məlum olub ki, bayram qabağı ərzaq bazarında və marketlərdə də xeyli canlanma müşahidə olunur. Səbəb isə digər ölkələrdən fərqli olaraq bizdə bayram günlərində qiymətlərin süni şəkildə artırılmasıdır.

Hazırda 4 nəfərlik ailə üçün ortabab süfrəyə lazım olacaq plov üçün 1 kq düyü orta hesabla 2-5 manat, 1 kq mal və ya qoyun əti 10 – 12 manat, şabalıd 7 manat, qaysı 9 manat, kişmiş 10 manat, kərə yağı 15-18 manat arasında dəyişir.

Yeni il süfrəsinin əsas elementi olan paytaxt salatının hazırlanmasında lazım olan yumurtanın qiyməti orta hesabla 20 qəpik, yaşıl noxud 1,8-2 manat, mayonez 2 manat, toyuq filesi 2,5 manat, duzlu xiyar 2,5 manat, kartof 1 manat, yerkökü 1,70 manatdır.

Süfrəyə qoyulan meyvələrin qiyməti isə orta hesabla 10-12 manat arasında dəyişir (alma 1- 2,5 manat, armud 1,5-3 manat, narıngi (2-3 manat), xurma 2 manat, üzüm 2,5-3 manat, nar 2,5-4 manat).

Paytaxt salatından əlavə salat və digər yeməklərlə süfrəsini bəzəmək istəyənlər isə əlavə olaraq şuba salatı üçün 6 manat, tərəvəz salatı üçün 4 manat, toyuq və ya balıq ləvəngisi üçün təxminən10-15 manat xərc çəkməli olacaqlar. Beləliklə, 4 nəfərlik ailə üçün plov, dolma, paytaxt salatı, meyvə, tort və ya şirniyyat daxil ortabab bayram süfrəsinə təxminən 150-200 manat xərc çəkilir. Əlavə içkilər və yemək çeşidləri də olarsa, bu məbləğ iki dəfəyə yaxın arta bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay