Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Axtarışda olan məşhur meyxanaçının yeni fotoları

2015-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra görüntülənib

Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən meyxanaçı 2013-cü ildən ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

Xatırladaq ki, söz xiridarı barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov 2015-ci ilin yanvarından axtarışa verilib.


Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O, “Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı./A24/

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Ödənişli yolda qəzada xəsarət alan səkkiz nəfərin kimliyi məlum olub - Yenilənib

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar