Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin yaratdığı yeni geosiyasi reallıqlar - London yeni güc mərkəzi yaradır...

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda, Avropada NATO və Avropa İttifaqına alternativ yeni güc mərkəzi meydana çıxmaqdadır və bu yeni geosiyasi quruluşun məhz Böyük Britaniyanın liderliyi ilə formalaşması ehtimalı böyükdür...

Politoloq: “Londonda hesab edirlər ki, Rusiyanın hədəflərinə çatması əslində Qərb sivilizasiyasının sonun başlanğıcı olacaq. Ona görə də Conson məhz Rusiyaya qarşı daha aktiv mübarizənin tərəfdarları olaraq çıxış etməyin tərəfdarlarının ittifaqını formalaşdırmağa can atır”.

Avropa Birliyində sanksiyalarla bağlı fikir birliyinin olmaması Rusiyada nisbi qələbə qazanmaq və daha sonra Qərblə məsələləri masada həll etmək meyli yaradır. Bu Rusiyanın istədiyi və əslində müharibədən öz simasını qoruyaraq çıxması üçün yeganə yoldur”.

Bu sözləri politoloq Zaur İbrahimli Ukrayna-Rusiya müharibəsində Qərbin atdığı addımların az nəticə verməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın Ukraynaya işğalçı hücumunun və davam edən müharibənin elə bir mərhələsi gəlib çatıb ki, başda ABŞ olmaqla Qərb ölkələri, həmçinin NATO strategiyanı qətiləşdirməlidirlər. Artıq aralıq planlar işə yaramır və Rusiya üçün imkanlar yaradır. Ukrayna prezidenti Vladimir Zelenski də Qərbin davranışlarından narazıdır. Ötən həftə yayılan məlutamata əsasən Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrtayna prezidenti Vladimir Zelenskini Rusiyaya qarşı hərbi ittifaq yaratmağa dəvət edib. Baş nazirin ideyasına görə, təşkilata Ukrayna və Böyük Britaniyadan başqa Polşa, Estoniya, Latviya, Litva və sonrakı mərhələlərdə Türkiyə də daxil olacaq. Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda, Avropada NATOAvropa İttifaqına alternativ yeni güc mərkəzi meydana çıxmaqdadır və bu yeni geosiyasi quruluşun məhz Böyük Britaniyanın liderliyi ilə formalaşması ehtimalı böyükdür.

Qeyd edək ki, bundan əvvəl Fransa ən yüksək səviyyədə NATO-ya alternativ olacaq Avropa ordusunun yaradılması ilə bağlı dəfələrlə təklif irəli sürüb. Parisin bu təklifi heç də birmənalı qarşılanmyıb. İndi isə Ukrayna müharibəsi fonunda Avropa Birliyinin aparıcı iki əsas dövləti olan Almaniya və Fransanın sərgilədiyi davraşlardan narazılığını heç də gizlətməyən Britaniyanın yeni güc mərkəzi ilə bağlı verdiyi təklif təbii ki, çox maraq və sualalr doğurmaqdadır. Britaniya Baş nazirinin Rusiyaya qarşı yaratmaq istədiyi yeni ittifaqda Türkiyəyə də yer ayırması isə Böyük Britaniyanın geosiyasi həmləsini daha da maraqlı etməkdədir. Əlbəttə ki, Böyük Britaniyanın ittifaqda görmək istədiyi ölkələrlə rəsmi, ya da qeyri-rəsmi ilkin təmasları olmasaydı, Boris Consonun belə bir bəyanat səsləndirməsi də imkansız olacaqdı. Yeni ittifaqda adı keçən ölkələrin də bu məsələyə qarşı səssizlik nümayiş etdirmələri ondan xəbər verir ki, belə təmaslar olub və proses gedir.

Boris Consonun məlum bəyənatını və Rusiya və Ukrayna müharibəsinin yaratdığı geosiyasi mənzərə fonunda Qərbin sərgilədiyi siyasi xətti və davranışları PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Nə Moskvada, nə də Kiyevdə məğlub olmağı düşünmürlər. Bu isə o demək olur ki, müharibə ən yaxşı halda ilin sonuna qədər, ən pis halda isə bir neçə il, bəlkə də daha çox uzana bilər”.

Müharibənin qiymətinin nəzərdə tutulduğundan baha ola biləcəyini düşünən politoloq PİA.az-a bildirib ki, yan təsirlər daha geniş miqyası əhatə edə bilər. Bu şərtlərdə isə Qərb artıq uzunmüddətli qarşıdurma üçün planları qətiləşdirmək məcburiyyətində qalır:

“Bu vaxta qədər, yəni müharibənin davam etdiyi 3 ay ərzində Qərb ölkələrinin davranışını müəyyən edən bir sıra gözləntilər özünü doğrulmayıb, həmçinin yeni amillər meydana çıxıb.

Rusiyanın Kiyev ətrafında məğlubiyyətə uğramasından sonra, belə tezliklə və rahat şəkildə hərbi strategiyanı dəyişməsi və müharibəni Ukraynanın şərqinə və cənubuna köçürməsi yeni reallıqlar yaradıb.

Bu reallıqların təməlini təşkil edən əsas faktor isə odur ki, nə Moskvada, nə də Kiyevdə məğlub olmağı düşünmürlər. Bu isə o demək olur ki, müharibə ən yaxşı halda ilin sonuna qədər, ən pis halda isə bir neçə il, bəlkə də daha çox uzana bilər. Buna isə artıq kollektiv Qərb hazır olmalıdır.

Müharibəni uzadan faktorlar isə aşağıdakılardır:

1. Müharibənin ilk həftələrində istədiyinə nail ola bilməyən və əsasən şimal istiqamətində ağır itkilər verən Rusiya tez bir zamanda yaranmış vəziyyəti doğru qiymətləndirərək şimal cəbhəsini boşaltması. Bu həmlə hər şeydən əvvəl Rusiya ordusunun döyüş ruhunu ölməkdən xilas elədi və Kremlin də ordu üzərində tam nəzarətə sahib olmasını təmin etdi.

2. Rusiya siyasi elitasının əsasən bütövlüyünü qoruması, Putinə qarşı açıq çıxış etməkdən çəkinməsi. Rusiya cəmiyyətinin böyük əksəriyyətinin Putinin başlatdığı haqqsız müharibəni müdafiə etməsi. Rusiya xalqının böyük əksəriyyəti bu gün Putinin yenidən imperiyanı əvvəlki gücündə bərpa etmək cəhdlərini müdafiə edir və bu da Putinin hakimiyyətinin əsas qoruyucu faktoru kimi çıxış edir.

Zaur İbrahimli: “Münaqişənin indiki halı ilə dondurulması həm Rusiyanın, həm də bəzi Avropa liderlərinin maraqlarını təmin edir”.

3. Sanksiyaların psixoloji təsirinin istənilən nəticəni verməməsi. Kollektiv Qərbin isə Rusiyanın qətiyyətli ritorikası fonunda daha zəif görünməsi. Ən əsası Avropa Birliyində sanksiyalarla bağlı fikir birliyinin olmaması Rusiyada nisbi qələbə qazanmaq və daha sonra Qərblə məsələləri masada həll etmək meyli yaradır. Bu Rusiyanın istədiyi və əslində müharibədən öz simasını qoruyaraq çıxması üçün yeganə yoldur və Moskvada Avropa Birliyini məhz buna məcbur etməyə çalışır.

4. Ukrayna xalqı müharibənin qurbanına çevrilməsinə rəğmən bir çox Avropa ölkələrinin ən cüzi rahatlıqlarından vaz keçmək istəmələri də Rusiyanın müharibəni uzatmaqla Avropa dövlətləri üzərində psixoloji qələbə qazanmağa sövq edir.

5. Ukrayna xalqının müharibəni udmaq əzmi. Ukraynada yaxşı başa düşürlər ki, əgər Qərb onlara hərtərəfli yardım edərsə, onlar Rusiyaya qalib gələ bilərlər. Lakin Ukraynanın müharibənin qalibinə çevrilməsi üçün Qərbin ağır silahlarına ehtiyacı var ki, bu da Qərbdə heç də bir mənalı qarşılanmır.

6. Nüvə müharibəsi təhlükəsi. Bu elə bir təhlükədir ki. heç kim bu təhlükəni gözə almaq məsuliyyətinə belə yaxınlaşmaq istəmir. Bu halda isə Rusiyanın şantajları öz işini görmüş olur. Bu halda müharibənin uzanması və Ukraynanın qalib gəlməsi üçün deyil, məhz Rusiyanın qarşısında duruş gətirə bilməsi Qərb üçün daha doğru strategiya kimi görünür.

Makron və Şolts kimi liderlər hesab edirlər ki, özlərini təhlükənin içinə atmaqdansa Ukrayna ərazisinin bir hissəsini Rusiyaya vermək daha doğrudur. Əlbəttə ki, onlar bu ilhaqı tanımayacaqlar, lakin münaqişənin indiki halı ilə dondurulması həm Rusiyanın, həm də bəzi Avropa liderlərinin maraqlarını təmin edir.

Bu gün artıq demək olar ki, Ukraynanı işğal etmək üçün amansız müharibəyə başlayan Rusiyaya qarşı Qərb qlobal ittifaq yarada bilmədi. Digər Avropa ölkələrindən daha realist olan və təhlükənin Ukraynada durdurulması mümkünsüz olması şərtlərində Avropanın mərkəzinə və NATO-ya doğru irəlilədiyinin fərqində olan Britaniya bu durumda özü kimi düşünən ölklərin ittifaqını yaratmağa can atması normal qəbul edilməlidir. Və hazırkı vəziyyət doğrudan da Qərb ölkələrinin daha qətiyyətli strategiya mənimsəmələrini vacibləşdirir. Lakin bu gün Avropada oturan liderlər belə qərarlar almağa qadirdirlərmi? Böyük ehtimalal yox....

Zaur İbrahimli: “Moskvanın strategiyası məhz uzunmüddətli qarşıdurmanın yaradacağı risklərdən Qərb ölkələrinin qorxmasını təmin etməkdir”.

Artıq məlumdur ki, Rusiya zərurət yaranarsa, uzunmüddətli müharibəyə və qarşıdurmaya hazırlaşır. Uzunmüddətli müharibənin yalnız Rusiyanı zəiflədəcəyi ilə bağlı hesablamalar isə tam həqiqəti əks etdirmir. Müharibənin qiyməti nəzərdə tutulduğundan qat-qat baha ola bilər və Qərb dövlətləri də məhz özlərinin təhlükəsizliyinin təminatı üçün bunu diqqətə almalıdırlar. Bundan sonrakı mərhələdə müharibənin yan təsirləri daha geniş miqyası əhatə edə bilər. Bu şərtlərdə Qərb artıq uzunmüddətli qarşıdurma üçün planları qətiləşdirmək məcburiyyətində qalır.

Moskvanın da strategiyası məhz uzunmüddətli qarşıdurmanın yaradacağı risklərdən Qərb ölkələrinin qorxmasını təmin etməkdir. Rusiyanın Qərb qarşısında əsas silahı da bu gün bu qorxunu yaratmaqdır. Bunun üçün də Moskva Kissincer kimi ağır toplarını sahəyə sürür. Rusiyanın Qərbdəki, AvropaABŞ-dakı agenturası isə Qərb mətbuatında belə fikirlərlə çıxış edirlər ki, Rusiyanı aşağılamaqla problemin həllinə nail olmaq mümkün deyil. Hətta “Nyu York Tayms”, “Vaşinqton Post” kimi aparıcı Qərb nəşrlərində belə fikirlər səsləndirilir ki, Bayden sərhədsiz bir şəkildə Ukrayna müharibəsini maliyyələşdirə və silahla təmin edə bilməz və bunu Zelenski də başa düşməlidir. Bütün bunlar təbii olaraq müharibənin uzanmasını təmin etməklə yanaşı, Rusiyanı öz hədəflərinə doğru aparır.

Bütün hallarda Moskva tarana getməklə Qərbə vurulacaq ziyanın miqyasının böyük olmasının yaradacağı qorxuya ümid edir və əslində Moskvanın məğlubiyyətlə barışmayacağı və yeri gələrsə nüvə silahından belə istifadə edəcəyi ilə bağlı şantajları psixoloji terrordan başqa bir şey deyil. Qərbdə də bununla bağlı artıq müzakirələr başlayıb. Və Qərb ölkələri bu məsələdə demək olar ki, iki düşərgəyə ayrılıb. İndiki vəziyyət isə Qərb cəmiyyətlərinin Rusiyanın hibrid müharibəsinə qarşı yanaşmalarının dəyişməsini tələb edir.

Zaur İbrahimli: “Hazırda söhbət yalnız hərbi əməliyyatların davam etməsindən getmir, söhbət Rusiyanın apardığı hibrid müharibədən və Moskvaya mümkün güzəştlərin yaradacağı daha böyük fəlakət və faciələrdən gedir”.

Əgər Avropada yalnız iqtisadi rifah əsas götürüləcəksə, o zaman dünya tədricən kolonial dünyaya doğru irəliləyəcək, güclülər zəifləri tam ilhaq edəcək və resurslarını istismar edəcək. Güclü ölkələrin cəmiyyətləri isə yalnız iqtisadi rifahı düşünəcəklər. Tarix isə bunun səhv yol olduğunu artıq göstərib.

Hazırda söhbət yalnız hərbi əməliyyatların davam etməsindən getmir, söhbət Rusiyanın apardığı hibrid müharibədən və Moskvaya mümkün güzəştlərin yaradacağı daha böyük fəlakət və faciələrdən gedir. Bu reallığı Fransa, Almaniya kimi ğlkələr görə bilməyəcəklərsə və buna uyğun strategiya sərgiləməyəcəklərsə, o zaman müharibənin bir neçə ildən sonra Polşa sərhədindən Avropanın içlərinə doğru irəliləməsinin şahidi olacağıq ki, o zaman müharibənin qiyməti və vurduğu zərər indikindən qat-qat ağır olacaq.

Britaniya bütün bu təhlükələri görür və Londonda hesab edirlər ki, Rusiyanın hədəflərinə çatması əslində Qərb sivilizasiyasının sonun başlanğıcı olacaq. Ona görə də Conson məhz Rusiyaya qarşı daha aktiv mübarizənin tərəfdarları olaraq çıxış etməyin tərəfdarlarının ittifaqını formalaşdırmağa can atır. Bununla London həm də Avropanın bu cür davranışlarla müharibədən qaça bilməyəcəyinin mesajını verir.

Həmin ittifaqa zamanla Türkiyənin qoşulmasının mümkünlüyünün vurğulanmasını isə mən hələlik sadəcə Londonun arzusu olaraq dəyərləndirirəm. Əlbəttə ki, Türkiyənin maraqlarına cavab verərsə, Ankara bu ittifaqa daha isti yanaşa bilər. Lakin hazırkı mərhələdə mən bunun üçün heç bir əsas görmürəm.”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Ən çox oxunanalar