Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ radio proqramlarının səviyyəsindən narazıdır

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub...

Azərbaycan Respublikasının əksər ərazilərində ölkə televiziya və radio proqramlarının monitorinqi aparılıb və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb. Nəticələr onu göstərir ki, bu gün Azərbaycanda radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil.

Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyil. Lakin ölkəmizin radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil.

Bununla yanaşı, ölkə ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, cənub bölgəsində İran İslam Respublikası, cənub-qərb bölgəsində isə həm İran İslam Respublikası, həm də ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur.

Bu isə interferensiyaların yaranmasına səbəb olur. Xüsusən cənub-qərb bölgəsində ölkəmizin bir necə FM proqramı yayımlandığı ərazilərdə xarici radio proqramlarının FM yayımı 10-a yaxın xarici stansiyadan aparılmaqdadır. Müşahidə olunub ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub.

Aparılan monitorinqlərin nəticələri ölkənin müxtəlif aidiyyəti təşkilatlarından olan mütəxəssislərlə birgə təhlil olunub, müvafiq hesabat və təkliflər hazırlanıb. (Oxu.az)

pia.az


Etiket: MTRŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar