Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marneulinin icra başçısı postuna 15 namizəddən 4-ü azərbaycanlıdır –Siyahı

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilərdə 15 namizəd iştirak edəcək.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Namizədlərin 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Marneuli rayon icra başçısı postuna azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur.

Rayon rəhbəri vəzifəsi uğrunda mübarizəyə “Xalq üçün dövlət hərəkatı”ndan Elene Qabinaşvili, “Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, “Azad Gürcüstan” partiyasından Nino Curxadze, “Sakartvelo” partiyasından Leyla Xaraişvili, “Azad Gürcüstan uğrunda hərəkat” partiyasından İrena Sturua, “Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, “Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, “Azadlıq – Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, “Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat Partiyasından Cano Jvania, “Xristian Mühafizəkarlar” partiyasından İlya Pataraya qatılacaq.

Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsinə seçkilər mayın 19-da keçiriləcək.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar