Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kartofa gömrük rüsumu artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “0701 90 500 0” və “0701 90 900 0” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilib.

Qeyd edək ki, bu dəyişiklik “təzə, yanvarın 1-dən iyunun 30-dək” və “digər” mal nomenklaturası üzrə idxala şamil olunur ki, burada da kartof və digər məhsullar nəzərdə tutulur.

Qərardan sonra xaricdən gətirilən kartofun bahalaşacağı gözlənilir.

Diqqətə çatdıraq ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən bu qərar verilib.

Yeni rüsumlar 2018-ci il oktyabrın 31-dək qüvvədədir. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Ən çox oxunanalar