Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin və Türkiyənin müdafiə nazirlərinin Bakı səfəri və İranla razılaşdırılan hərbi təlim...

İsrailin və Türkiyənin müdafiə nazirlərinin demək olar ki, eyni vaxtda Azərbaycana səfər etmələrini təsadüf hesab etmək olarmı, yoxsa, regionda hansısa mühüm hadisələrin baş vermə ehtimalı var?..

Politoloq: “Türkiyə-İsrail arasında olan problemlər və indi müşahidə olunan normallaşma prosesi də Azərbaycandan kənar keçmir. Verilən məlumatlara əsasən bu normallaşmada Azərbaycanın da müəyyən rolu var”.

“İki ölkə arasında hərbi təlimlərin razılaşdırılması ondan xəbər verir ki, Tehranda artıq gərginliyin artıtılmasına deyil, əməkdaşlığın, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafına üstünlük verirlər”.

Bu sözləri politoloq Fərhad Məmmədov Son günlər Azərbaycanın İsrail, Türkiyə və İranla apardığı siyasəti PİA.az-a şərh edərkən qeyd edib.

Son iki gündə həm İsrailin, həm də Türkiyənin müdafiə nazirləri Azərbaycan səfər ediblər. Türkiyə və İsrail Azərbaycanın əsas strateji tərəfdaşları olsa da, bu iki ölkə arasında münasibətlər heç də hamar deyil. Həmçinin İsrailin və Türkiyənin müdafiə nazirlərinin Azərbaycana səfərindən sonra İranAzərbaycan hərbiçilərinin sərhəddə birgə təlim keçəcəkləri ilə bağlı məlumat yayılıb.

İsrailin və Türkiyənin müdafiə nazirlərinin demək olar ki, eyni vaxtda Azərbaycana səfər etmələrini təsadüf hesab etmək olarmı, yoxsa, regionda hansısa mühüm hadisələrin baş vermə ehtimalı var? Ümumiyyətlə günlük müharibədən sonra kifayət qədər gərgin münasibətlərə sahib olan İranAzərbaycan hərbiçilərinin birgə təlim keçmələrini Tehranın baxış bucağından necə dəyərləndirmək olar?

Son günlər ölkədə baş verən siyasi hadisələri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Azərbaycan ilk növbədə böyük qüvvələrin mübarizə meydanına çevrilmək istəmir”.

Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri Azərbaycan ərazisinin qonşu dövlətlərə qarşı istifadə edilməməsinin olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, Türkiyənin və İsrailin müdafiə nazirləri Azərbaycanda olarkən, Azərbaycanın müdafiə nazirinin İranın baş qərargah rəisi ilə əlaqə yaratması və birgə təlimlərin keçirilməsinə razılığın alınmasını çox simvolikdir:

“Son bir neçə gün ərzində Bakı şəhərində diplomatik dinamika çox yüksək səviyyədədir. İsrail də, Türkiyə də Azərbaycana yaxın olan dövlətlərdir. Ən əsası isə hər iki dövlət münasibətlərdə Azərbaycanla hərbi, texniki əməkdaşlığa üstünlük verirlər. Eyni zamanda Türkiyə-İsrail arasında olan problemlər və indi müşahidə olunan normallaşma prosesi də Azərbaycandan kənar keçmir. Verilən məlumatlara əsasən bu normallaşmada Azərbaycanın da müəyyən rolu var.

Bu təlatümlü dövrdə Türkiyə və İsrailin müdafiə nazirlərinin Bakı səfəri Azərbaycanın hərbi, texniki sahədə irəliləyişlərə nail olmasına xidmət edə bilər. Eyni zamanda bu münasibətlərin daha da genişlənməsinə şərait yarada bilər.

İran hər zaman Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşıb. İran tərəfindən uydurma məlumatlar hər zaman dövriyyədə olub. Lakin rəsmi Bakı 25 il ərzində hamıya isbat edə bilib ki, Azərbaycan digər ölkələrlə iki tərəfli olan münasibətləri üçüncü tərəfin girovuna çevirməyib və üçüncü tərəfə qarşı istifadə etməyib. Bu həm İrana həm də digər dövlətlərə aiddir.

Fərhad Məmmədov: “İranla nəzərdə tutulan hərbi təlimlər Azərbaycanın regiondakı mövqelərini, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında mövqelərini daha da gücləndirir”.

Eyni zamanda Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri Azərbaycan ərazisinin qonşu dövlətlərə qarşı istifadə edilməməsidir. İsrailin və Türkiyənin müdafiə nazirləri Azərbaycanda olarkən, Azərbaycanın müdafiə nazirinin İranın baş qərargah rəisi ilə əlaqə yaratması və birgə təlimlərin keçirilməsinə razılığın alınması çox simvolikdir. Yəni bu onu göstərir ki, Azərbaycan ilk növbədə böyük qüvvələrin mübarizə meydanına çevrilmək istəmir. İkinci isə Azərbaycan hər bir dövlətlə əməkdaşlıq edirsə, məsuliyyətli tərəfdaş rolunda çıxış edir.

Mən İsrailin və Türkiyənin müdafiə nazirlərinin Bakı səfərini İranla razılaşdırılan hərbi təlomlərlə əlaqələndirmək istəməzdim. Təlimlərin razılaşdırılması ondan xəbər verir ki, Tehran Bakıyla gərginliyin pik həddinə çatdırılmasında artıq maraqlı deyil. Hər halda iki ölkə arasında hərbi təlimlərin razılaşdırılması ondan xəbər verir ki, Tehranda artıq gərginliyin artıtılmasına deyil, əməkdaşlığın, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafına üstünlük verirlər. Düşünürəm ki, bu doğru qərardır və iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq çox vacibdir və hər iki xalqın maraqlarına xidmət edir.

Eyni zamanda Azərbaycan ordusu ilə İran ordusunun sərhəddə nəzərdə tutlan hərbi təlimləri Ermənistana da yaxşı bir mesajdır. Bununla İran Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli mövqedən çıxış etməyəcəyini ortaya qoymaqla yanaşı, Ermənistanda İranla Azərbaycan arasında yanğına körük olmaq istəyən qüvvlərin də üstünə su səpmiş olur. Onu da qeyd edim ki, bu təlimlər elan olunduqdan sonra Ermənistanda məyusluq ifadə olunur. Ümumiyyətlə isə İranla nəzərdə tutulan hərbi təlimlər Azərbaycanın regiondakı mövqelərini, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında mövqelərini daha da gücləndirir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar