Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran rəsmiləri məni oteldən çıxmağa qoymadılar” - Namiq Qaraçuxurlu

"2003-cü ildə Zəncan şəhərində stadion konsertinin ikinci günü... Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci gün isə konsertimi ləğv etmək qərarına gəldilər"

PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri meyxana ifaçısı Namiq Qaraçuxurlu instaqramda yazıb. O, İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:

"Oteldən çıxmaq qadağası ilə razılaşsaq da, konsertin ləğvini heç cür qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar, bizi başa düşdülər. Yalnız bir şərtlə konsertə icazə verdilər: ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm. Nəzərə alsaq ki, İran adət və ya qanununa görə, səhnədə hətta qol qaldırıb rəqs etməkdə qəbahət saylır, demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər.

Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçı ilə ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyünüz görüntüdə isə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldğınında şahidi oldum. İnşallah, tezliklə bir daha görüşmək ümidilə, əziz bacı və qardaşlar".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Ən çox oxunanalar