Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda bir gündə narkotikə və oğurluğa görə 7 nəfər saxlanılıb    

Göyçayda bir gündə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayətləri törədən 7 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının və bank kartlarının oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kənan Yəhyayev tutularaq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı ondan oğurladığı bank kartları, eləcə də narkotik vasitə olan heroin, psixotrop maddə-metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı K.Yəhyayevin oğurladığı qızılları Mingəçevir şəhərində satdığı, narkotik vasitəni isə onlayn yolla xarici ölkə vətəndaşından aldığı müəyyən edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsi və polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş 6 nəfər- Nicat Məmmədov, Orxan Abdurəhimli, Səxavət Qəhrəmanov, Əbülfət Bayramov, Bəxtiyar Mehdiyev və Nicat Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Əkrəm Həsənov: "İnsanların aqressiyası artır, əsas səbəb sosialdır: gəlirlər azalır, qiymətlər artır"

Avropanı mat qoyan Ənvər Paşanı Bakıda niyə qətlə yetirmək istədilər?

Ən çox oxunanalar